Rusiya raket hücumları ilə Ukrayna hərbi-sənaye kompleksini və Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemini uğurla məhv edir. Elchi.az xəbər verir ki, bu sözləri britaniyalı analitik Aleksandr Merkuris Duran “YouTube” kanalına müsahibəsində deyib.
“Ukraynanın Silahlı Qüvvələrinə hücum edilir, onların hava hücumundan müdafiə sistemi sıradan çıxır, hərbi sənaye kompleksi dağılır – hər şey pis gedir”, – deyə o etiraf edib.
Onun sözlərinə görə, Ukraynaya tədarük edilən Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemləri “Kinjal” hipersəs raketlərinin hücumlarından qorunmaq iqtidarında olmayıb.
Havar Şəfiyeva