İngiltərə Baş naziri Rişi Sunak Sudanda şiddətin artması ilə əlaqədar Britaniya diplomatları və ailələrinin paytaxt Xartumdan təxliyə edildiyini açıqlayıb.
Elchi.az xəbər verir ki,Sunak Tvitter hesabında yazıb ki, Britaniya silahlı qüvvələrinin səfirlik işçilərinə qarşı zorakılıq və təhdidlərin nəzərəçarpacaq dərəcədə artdığı bir vaxtda Sudandakı ingilis diplomatları və ailələrinin sürətli təxliyyəsini başa çatdırıb.
“Mən diplomatlarımızın qətiyyətini və bu çətin əməliyyatı həyata keçirən hərbçilərin cəsarətini yüksək qiymətləndirirəm”, – deyə Sunak bildirib.
Sudanda axan qanı dayandırmaq və ölkədə qalan Britaniya vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün hər cür cəhd etməyə davam etdiklərini ifadə edən Sunak, “Tərəfləri silahlarını yerə qoymağa və mülki vətəndaşların dərhal atəşkəs tətbiq etməsinə çağırıram.
Nuranə Məmmədova