Britaniya Aİ-nin müdafiə layihəsinə qoşulacaq

42

Avropa İttifaqı Böyük Britaniyanın tələbi ilə bu ölkəni PESCO adlı müdafiə layihələrindən birində iştiraka dəvət edəcək.
Elchi.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurası Böyük Britaniyanı hərbi nəqliyyat sahəsində müdafiə layihəsinə dəvət etmək qərarına gəlib.
Aİ Şurasının AB Müdafiə Nazirləri Toplantısı davam edərkən verdiyi açıqlamaya görə, hərbi nəqliyyat sahəsində layihənin koordinatoru qismində Böyük Britaniyanı dəvət etmək Hollandiyaya həvalə edilib.
Şuranın bəyanatında Böyük Britaniyanın Aİ layihəsinə əhəmiyyətli əlavə dəyər təmin edəcəyi bildirilib.

Şayəstə