Braziliyada Minas Gerais əyalətində şiddətli yağışların yaratdığı daşqınlarda 40 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, Braziliyada Minas Gerais əyalətində şiddətli yağışların yaratdığı daşqınlarda 40 nəfər həyatını itirib.
24 fevralda Braziliyanın cənub-şərqindəki Minas Gerais əyalətində şiddətli yağışlar səbəbindən başlayan daşqınlarda ölənlərin sayı artıb. Yanğınsöndürmə idarəsi ölənlərin sayının 40-a çatdığını və itkin düşmüş 27 nəfərin axtarış işlərinin davam etdiyini açıqlayıb. Yanğınsöndürmə idarəsi həmçinin 3600 insanın evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.
Juiz de Fora meri Margarida Salomao yüksək riskli ərazilərdə yaşayanları bələdiyyə tərəfindən yaradılmış sığınacaqlara getməyə və kömək istəməyə çağırıb.
Şayəstə





















