"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

BP Azərbaycana 60 milyard investisiya qoyub

13 Aprel 2016 - 19:00
in XƏBƏR LENTİ
FacebookVatsap

İyirmi ildən çox müddət öncə burada fəaliyyətimizə başlayandan bəri biz özümüz və tərəfdaşlarımız 58 milyard dollardan çox sərmayə yatırmışıq.

Bunu da oxuyun

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

 

Axar.az xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətinin tərkibində Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

 

O, qeyd edib: “Biz neft və qaz sənayesini tam dəstəkləyirik. Söhbətimizin davamında mən bir giriş qeydini və dörd məqamı diqqətinizə çatdırmaq istəyirəm. Mənim giriş qeydim odur ki, Xəzər dənizində çoxlu neft və qaz resursları var. Biz inanırıq ki, sadəcə texnologiyalara sərmayə yatırmaq tələb olunur və lazım olacaq kapitalı formalaşdırmaq üçün davamlı müsbət mühit var. İyirmi ildən çox müddət öncə burada fəaliyyətimizə başlayandan bəri biz özümüz və tərəfdaşlarımız 58 milyard dollardan çox sərmayə yatırmışıq. Onun 16 milyard dolları yerli şirkətlərə yatırılıb və uğurlu olub. Bu, əsasən hasilatın pay bölgüsü razılaşmasının yaratdığı müsbət mühit sayəsində mümkün olub”.

 

Vurğulamaq istədiyi bir neçə məqamın olduğunu qeyd edən Q.Birrel əlavə edib ki, yəqin onlar tətbiq olunacaq islahatlara daxil edilə və digər sahələr, neft-qaz sahəsi üçün əlverişli biznes mühiti yarada bilər, çünki hər zaman görüləcək daha çox iş var: “Vurğulamaq istədiyim ilk məqam sabitliklə bağlıdır. Uzunmüddətli sabitlik investorlar üçün olduqca vacibdir – hüquq və gömrük sistemlərində, məşğulluq qaydalarında, işçi vizalarında, iş icazələrində sabitlik və gələcək gəlirləri proqnozlaşdırmağımız üçün sabitlik. Əlbəttə, neftin və qazın qiymətləri və ya qiymətlər kimi digər amillərin üzərində nəzarətimiz yoxdur, lakin davamlılıq və proqnozlaşdırmaq bizim üçün əsasdır”.

 

Onun sözlərinə görə, əlbəttə ki, hər ölkə inkişaf etdikcə dəyişikliklər tələb olunur: “Bu dəyişikliklərlə bağlı əvvəlcədən məlumat verilə və onlar biznes ictimaiyyəti ilə müzakirə edilə bilər. Bir daha vurğulayıram ki, qaydaların şəffaflığı əsasdır. Biz böyük investisiyalara qərar verərkən yenidən nəticələri proqnozlaşdıra bilməliyik. Vurğulamaq istədiyim üçüncü məsələ hökumətdəki mədəniyyətdir – mən və həmkarlarım nazirliklərdə bir çox görüşlər keçirmişik. İndiyə qədər gördüyümüz əməkdaşlıq və həllyönümlü mədəniyyət, bu davranış tərzi bizim etimadımızı artırır. Əlbəttə, nazirliklər dövlət maraqlarını qorumalıdırlar. Dövlət və özəl sektor problemləri həll etmək üçün birgə işləyə bilər, biznesdə hər zaman problemlər olur. Həllyönümlü mədəniyyət olmalıdır və bu, Azərbaycanda mövcuddur. Vurğulamaq istədiyim dördüncü məqam kadr hazırlığı və potensialın artırılması məsələsidir. Bilirəm və inanıram ki, Azərbaycanda bu var. Hazırda işçilərimizin 87 faizi azərbaycanlıdır və buna yüksək vəzifəlilər də daxildir. Dövlət və müxtəlif şirkətlər vasitəsilə xaricdə təhsil almış bir çox əməkdaşımız var. Biz onları geri gətirib yüksək vəzifələrə yerləşdirməyə nail olmuşuq. Məncə hökumət də bunu etməlidir. Londona, Hyustona getdikdə onların çoxunu görürəm. Onlar dünya səviyyəli təhsil ocaqlarında oxumuş beynəlxalq səviyyəli mütəxəssislərdir və bu ölkənin çağırışlarının öhdəsindən gələ bilərlər”.

 

Q.Birrel diqqətə çatdırıb ki, digər bir məsələ peşə hazırlığıdır: “Biz SOCAR ilə birlikdə bir çox peşə hazırlığı kursları keçiririk. Bunu sadəcə layihə əsaslı deyil, davamlı etməliyik, çünki layihələr dəyişir. Bu əməkdaşların davamlı ixtisas hazırlığı olmalıdır ki, sənaye də bu kadrlardan istifadə etsin. Bizim də, hökumətin də bu işdə rolu olmalıdır. Son olaraq deyim ki, buradakı universitetlər çox yaxşıdır. Tez-tez onlara baş çəkirəm. Düşünürəm ki, son 5-10 ildə universitetlərdə imkanların gücləndirilməsi yaxşı nəticələr verib, elm, texnologiya, mühəndislik, riyaziyyat sahələrində yüksək səviyyəli kadrlar yetişib. Eyni diqqət gələcəyin işçilərini yetişdirmək üçün iqtisadiyyat sahəsinə də yetirilə bilər. Ölkədə məhsuldarlığı artırmaq üçün bu, çox vacibdir”.

 

Sonda o, əmin olduğunu bildirib ki, bu, ilk və son görüş olmayacaq: “Bu cür görüşlərin davam etməsini diləyirəm. Ölkənin inkişafı haqqında planlarınızı bilmək çox faydalı olar”.

 

Previous Post

BP Azərbaycana 60 milyard investisiya qoyub

Next Post

Türkiyə və Rusiya razılığa gəldi — SON DƏQİQƏ

Bənzər yazılar

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

09 Sentyabr 2026 - 19:04

Cari il üçün təsdiq olunmuş ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında "Hərbi əməkdaşlıq sahəsində...

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

08 Sentyabr 2026 - 23:12

İranın liman şəhəri olan Caskda partlayış səsi eşidilib. Elchi.az  "Fars" agentliyinə istinadən xəbər verir ki, partlayışlar saat 21:45 (Bakı vaxtı...

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

08 Sentyabr 2026 - 23:03

İranın əsas mallarının təminatında problem yoxdur. Elchi.az  ISNA-ya istinadən xəbər verir ki, bunu İranın iqtisadiyyat naziri Seyid Əli Mədənizadə bildirib....

AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

08 Sentyabr 2026 - 23:01

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb. AFFA-dan Elchi.az - a verilən məlumata görə,...

Next Post

Türkiyə və Rusiya razılığa gəldi — SON DƏQİQƏ

Türkiyə və Rusiya razılığa gəldi — SON DƏQİQƏ

Son xəbərlər

Dövlət qurumu adı ilə zəng edib pulları ələ keçirirlər – DİN-dən xəbərdarlıq

DİN-in yeni vəzifəsi müəyyənləşib

09 Sentyabr 2026 - 19:26
Fransa FİFA prezidentliyinə İnfantinonu dəstəkləməyəcək

Fransa FİFA prezidentliyinə İnfantinonu dəstəkləməyəcək

09 Sentyabr 2026 - 19:12
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

09 Sentyabr 2026 - 19:04
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

09 Sentyabr 2026 - 18:52
Bakının bu yollarında sıxlıq var – SİYAHI/YENİLƏNDİ

Bakının bu yollarında sıxlıq var – SİYAHI/YENİLƏNDİ

09 Sentyabr 2026 - 18:44
Konqoda dəhşətli statistika: Ebola epidemiyasında ölüm faizi 48%-ə çatdı

Konqoda dəhşətli statistika: Ebola epidemiyasında ölüm faizi 48%-ə çatdı

09 Sentyabr 2026 - 18:32
Azərbaycanda kök hüceyrə köçürülməsinə başlanılır – Tibb müəssisələrinin rəsmi siyahısı yeniləndi

Azərbaycanda kök hüceyrə köçürülməsinə başlanılır – Tibb müəssisələrinin rəsmi siyahısı yeniləndi

09 Sentyabr 2026 - 18:27
“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik”

“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik”

09 Sentyabr 2026 - 18:13
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi

FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi

09 Sentyabr 2026 - 17:59
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

09 Sentyabr 2026 - 17:45
Merz Trampla danışıqdan imtina edib

Merz Trampla danışıqdan imtina edib

09 Sentyabr 2026 - 17:38
Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub

Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub

09 Sentyabr 2026 - 17:26
The Economist: Ukraynanın “Patriot” raket ehtiyatları tükənir

The Economist: Ukraynanın “Patriot” raket ehtiyatları tükənir

09 Sentyabr 2026 - 17:19
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır – VİDEO

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır – VİDEO

09 Sentyabr 2026 - 17:10
Suraxanıda növbəti səyyar görüşlər keçirildi

Suraxanıda növbəti səyyar görüşlər keçirildi

09 Sentyabr 2026 - 16:57
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.