Avropa İttifaqının yaxın gələcəkdə ümumi ordusu olmayacaq.
Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Xosep Borrell onun yaradılmasının mümkünsüzlüyünü bəyan edib.
“Dövlətlər birinci sıradadır. Bizim Brüsseldə ordumuz yoxdur, sabah da Avropa ordumuz olmayacaq. Dövlətlər öz müdafiə siyasətlərinə nəzarət edirlər”, – deyə o, izah edib.
Diplomatın sözlərinə görə, Avropa İttifaqı ölkələrinin rəhbərləri müdafiə sahəsində səlahiyyətləri assosiasiya institutlarına vermək istəmədiklərini artıq bəyan ediblər. “Onlar bu sahədə suverenlikdən imtina etmək istəmirlər, lakin biz hər bir dövlətin işlədiyinə əmin olmalıyıq” – deyə Borrell bildirib.
Havar Şəfiyeva