Yaxın bir neçə gün ərzində Gürcüstan hakimiyyəti Avropa İttifaqının (Aİ) xarici siyasi xidmətinin rəhbəri Cozep Borrelin ölkəyə səfərini gözləyir.
Elchi.az-ın TASS.ru-ya istinadən xəbərinə görə, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib.
“Biz 12 tövsiyənin hamısını yerinə yetirmişik. Əlimizdən gələni edirik. Biz avropalı tərəfdaşlarla daim əlaqə saxlayırıq. Bir neçə gündən sonra cənab Borreli gözləyirik, ona bir daha 12 tövsiyənin icrası prosesinin necə getdiyi barədə yenilənmiş məlumat verəcəyik”, -deyə Qaribaşvili bildirib.
Gürcüstan hökumətinin başçısı ümid etdiyini bildirib ki, Aİ rəhbərliyinin ölkəyə Avropa İttifaqı üzvlüyünə namizəd statusu vermək üçün kifayət qədər arqumentləri var.
Xatırladaq ki, 2022-ci ilin iyununda Avropa İttifaqının liderləri Moldova və Ukraynaya bloka üzv olmaq üçün namizəd statusu veriblər. Onlar Gürcüstanın Avropa perspektivini qəbul ediblər, həmçinin 12 şərti yerinə yetirdikdən sonra ona namizəd statusu verməyə hazır olduqlarını bildiriblər. 2023-cü ilin sonunda Gürcüstan Aİ-nin ona namizəd statusunun verilməsi ilə bağlı növbəti qərarını gözləyir.
Yeganə