Borrel Belqorodu Belqradla səhv salıb

106

Aİ diplomatiyasının rəhbəri Xosep Borrel jurnalistlərin Ukrayna Silahlı Qüvvələrinin təxribatçılarının Rusiya ərazisinə hücumunu şərh etmək xahişi ilə sualına cavab olaraq Belqorodu Belqradla qarışdırıb. Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, jurnalistlərin “Belqradda nə baş verir? sualını “Belqorodda baş verənlər barədə məlumatı yoxdur” deyə cavablandırıb.

Qeyd edək ki, mayın 22-də təxribat-kəşfiyyat qrupu Belqorod vilayətinə daxil olub.

Havar Şəfiyeva