Borrel: “Aİ Rusiyanın məhv edilməsini istəmir”

70

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Cozep Borrel bildirib ki, Aİ Rusiyanın məhv edilməsini istəmir.

Elchi.az xəbər verir ki, Borrel bu barədə İspaniyanın “Periodico” qəzetinə müsahibəsində bildirib.

“Biz Rusiyada siyasi dəyişikliklər etmək üçün Ukraynanı dəstəkləmirik və açığını deyim ki, Rusiyanın məhv olmasını istəmirik”.

Onun sözlərinə görə, Aİ-nin Ukraynadakı vəziyyətə yanaşması tədrici olub. Borrel qeyd edib ki, Aİ-nin Ukraynanı dəstəkləmək üçün kifayət qədər sursatı var.

Xatırladaq ki, bundan əvvəl Borrel bəyan etmişdi ki, Aİ və NATO Kiyevə sursat tədarükünü sürətləndirməli, sonra isə yeni beynəlxalq təhlükəsizlik sisteminin qurulması barədə düşünməlidir. Onun sözlərinə görə, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin ölkənin RHSP-də iştirakını dayandırmaq qərarı Rusiyanın hərəkətlərinin İkinci Dünya Müharibəsindən sonra yaradılmış təhlükəsizlik sistemini məhv etdiyinə sübutdur.

O, həmçinin martın 7-8-də keçiriləcək görüşdə Aİ-nin 27 ölkəsinin müdafiə nazirlərinə Ukraynaya silah tədarükünü sürətləndirməyi təklif edəcəyini açıqlayıb.

Yeganə