"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Boris Kollar “Ağıllı kənd” layihəsi ilə tanış oldu

06 Sentyabr 2023 - 20:49
in CƏMİYYƏT
FacebookVatsap

Boris Kolların rəhbərlik etdiyi Slovakiya nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərimizə səfəri çərçivəsində sentyabrın 6-da Ağdam rayonunun Baş Qərvənd kəndinə gəlib.

Bunu da oxuyun

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib

DGK: Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina edib – VİDEO

Elchi.az xəbər verir ki, nümayəndə heyəti kənddə Slovakiya tərəfindən həyata keçiriləcək “Smart village” – “Ağıllı kənd” layihəsi ilə tanış olub.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqlara ətraflı məlumat verib. Bildirib ki, üçüncü “Ağıllı kənd” layihəsi Ağdam rayonunun Baş Qərvənd kəndində reallaşacaq. Digər əvvəlki layihələrdən fərqli olaraq Baş Qərvənd kəndinin Slovakiya Respublikasının mütəxəssisləri tərəfindən layihələndirilərək “ağıllı kənd” kimi bərpası nəzərdə tutulur.

“Sözsüz ki, bu layihə də Azərbaycan dövlətinin vəsaiti hesabına həyata keçiriləcək. Amma burada tətbiq ediləcək “ağıllı həllər” məhz Slovakiyanın mütəxəssisləri və mühəndisləri tərəfindən reallaşdırılacaq. Hesab edirik ki, bu da bərpa prosesində baş verən yeniliklərdən biridir. Qeyd edim ki, layihə çərçivəsində ümumilikdə ərazisi 476 hektar olan bir kəndin tamamilə yenidən qurularaq “ağıllı kənd” kimi bərpası nəzərdə tutulur. Kəndə birinci mərhələdə 5500, ikinci mərhələdə isə 1170 nəfərin köçürməsi planlaşdırılır. Kəndə əvvəlcə 915, növbəti mərhələdə isə 622 ailə köçürüləcək”, – E.Hüseynov vurğulayıb.

O əlavə edib ki, layihəyə cari ilin dekabrından başlanılması planlaşdırılır.

Qonaqlara məlumat verilib ki, müasir dövrdə şəhər və kəndlərdə göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, informasiya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi yaşayış məntəqələrində dayanıqlı inkişafın əsas prioritetlərindəndir. Bu imkanlar şəhər və kəndlərdə göstərilən xidmətlərin növbəti inkişaf mərhələsində funksional, genişmiqyaslı “ağıllı şəhər” və “ağıllı kənd” xidmətlərinə keçidi şərtləndirir. Azərbaycanda “ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılması və pilot layihə həyata keçirilməsi imkanlarının müəyyən edilməsi Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb. Prezident İlham Əliyev 2021-ci il aprelin 19-da “ağıllı şəhər” (Smart City) və “ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, konsepsiyanın hazırlanması ilə əlaqədar İşçi qrup yaradılıb.

Diqqətə çatdırılıb ki, ilk belə layihənin təməli isə işğaldan azad edilmiş Zəngilan rayonunda qoyulub. 2021-ci il aprelin 26-da Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan “Ağıllı kənd” layihəsində Türkiyə, İsrail, İtaliya və Çinin qabaqcıl şirkətləri iştirak ediblər.

Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı Prezident İlham Əliyevin özünəməxsus baxışı var. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyaları əsasında bərpa olunacaq.

Previous Post

Boris Kollar “Ağıllı kənd” layihəsi ilə tanış oldu

Next Post

ABŞ-dan Çinə xəbərdarlıq…

Bənzər yazılar

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

24 Noyabr 2026 - 23:01

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib. Bu barədə Elchi.az - a Azərbaycanın...

Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib

Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib

24 Noyabr 2026 - 20:03

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı,...

DGK: Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina edib – VİDEO

DGK: Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina edib – VİDEO

24 Noyabr 2026 - 19:24

Noyabrın 20-də Dubay-Bakı aviareysi ilə gələn sərnişinlər, o cümlədən Azərbaycan Respublikası vətəndaşı Eldur Hüseynov Gömrük Məcəlləsinin 92-2.6-cı maddəsinə əsasən gətirdikləri...

İlin ilk Super Ayı görünür

İlin ilk Super Ayı görünür

24 Noyabr 2026 - 19:15

Hazırda Ay Yerə ən yaxın mövqedədir və ilin ilk Super Ayı görünür. Bu barədə Elchi.az-a Nəsrəddin Tusi adına Şamaxı Astrofizika...

Next Post
ABŞ-dan Çinə xəbərdarlıq…

ABŞ-dan Çinə xəbərdarlıq...

ABŞ-dan Çinə xəbərdarlıq…

ABŞ-dan Çinə xəbərdarlıq...

Son xəbərlər

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

24 Noyabr 2026 - 23:01
Avropa Komissiyası Aİ-nin 11 ölkəsinə büdcə qaydalarının pozulması barədə xəbərdarlıq edib

Avropa Komissiyası Aİ-nin 11 ölkəsinə büdcə qaydalarının pozulması barədə xəbərdarlıq edib

24 Noyabr 2026 - 23:00
İran Hörmüz boğazında 26 yedək gəmisini qara siyahıya salıb

İran Hörmüz boğazında 26 yedək gəmisini qara siyahıya salıb

24 Noyabr 2026 - 21:34
İsveç parlamenti Kristerssonun Baş nazir vəzifəsində qalması məsələsini səsverməyə çıxaracaq

İsveç parlamenti Kristerssonun Baş nazir vəzifəsində qalması məsələsini səsverməyə çıxaracaq

24 Noyabr 2026 - 21:31
Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb

Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb

24 Noyabr 2026 - 21:09
Milibend: London Moskva ilə yüksək səviyyədə dialoqu bərpa etmək niyyətində deyil

Milibend: London Moskva ilə yüksək səviyyədə dialoqu bərpa etmək niyyətində deyil

24 Noyabr 2026 - 21:06
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ olub

Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ olub

24 Noyabr 2026 - 20:11
Qubada avtomobil piyadanı vuraraq öldürüb

Qubada avtomobil piyadanı vuraraq öldürüb

24 Noyabr 2026 - 20:08
EBRD gənc sahibkarları dəstəkləmək üçün Azərbaycan bankları ilə əməkdaşlığı genişləndirir

EBRD gənc sahibkarları dəstəkləmək üçün Azərbaycan bankları ilə əməkdaşlığı genişləndirir

24 Noyabr 2026 - 20:06
Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib

Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib

24 Noyabr 2026 - 20:03
DGK: Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina edib – VİDEO

DGK: Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina edib – VİDEO

24 Noyabr 2026 - 19:24
İlin ilk Super Ayı görünür

İlin ilk Super Ayı görünür

24 Noyabr 2026 - 19:15
Gürcüstan Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişafından məmnundur

Gürcüstan Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişafından məmnundur

24 Noyabr 2026 - 19:10
CAS Seneqalı Afrika çempionu elan edib

CAS Seneqalı Afrika çempionu elan edib

24 Noyabr 2026 - 18:57
ABŞ-da quş qripi səbəbindən ölüm halı

ABŞ-da quş qripi səbəbindən ölüm halı

24 Noyabr 2026 - 18:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.