"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Bookline” bitən layihə yox, yenidən səhifələnən kitabdır…

01 May 2026 - 15:34
in CƏMİYYƏT
FacebookVatsap

“Bookline” başa çatdı. Amma bu, bir layihənin sonuna qoyulan nöqtədir, ideyanın yox! Necə ki, kitabı oxuyursan və sadəcə qapayırsan, lakin sənin üçün bitmir – ruhundakı, ağlındakı səyahəti davam edir.

Bunu da oxuyun

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

FHN-in Muğan Regional Mərkəzi “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirib

Anar Əliyev Şuşada vətəndaşları qəbul edib

Elchi.az xəbər verir ki, bu platformada biz sadəcə söhbət etmədik – bəzən müəllifin düşüncəsində, bəzən də oxucunun susqunluğunda çaşıb qaldıq. Aqşin Yenisey ilə sözün sərt gücündən və ədəbiyyatın komfort zonası olmadığından danışanda, əslində kitabın oxucunu necə silkələməli olduğunu xatırladıq.

Elçin Mirzəbəyli ilə söhbət kitabın yoxluğundan doğan səssiz boşluq haqqında idi. Oxumayan toplumun tədricən düşünmək qabiliyyətini itirməsi, cümlələrin sadələşməsi, fikirlərin isə kasadlaşması – bu, statistik göstərici deyil, gündəlik həyatın ruhunda bariz görünən həqiqətdir.

Şahbaz Xuduoğlu kitabın arxa səhnəsini açdı – bir ideyanın necə mətnə, mətnin necə kitaba çevrildiyini analiz etdi. Kitabın sadəcə yazılmadığını, həm də “yaşadıldığını” göstərdi.

Qan Turalı ilə isə yazıçının zamanla münasibətindən danışdıq. Xatırlamış olduq ki, yazmaq təkcə ilham yox, uzun bir səbr, tənhalıq və özünlə mübarizənin prosesə çevrilən transformasiyasıdır.

Aysel Əlizadə isə müasir dövrün dilemmasını ortaya qoydu: sosial şəbəkələrin sürəti ilə ədəbiyyatın dərinliyi arasında qalan yazıçı… Oxucu artıq sürətli həyatı seçir, amma kitab hələ də dayanmağı, anı yaşamağı tələb edir.

Qulu Ağsəs ilə poeziya haqqında danışmaq, əslində az sözlə çox deməyin məsuliyyətini hiss etmək idi – bir misranın içində bütöv bir həyatın gizlənməsi kimi. Onun poeziyasında söz artıq yükdən azad olur, yalnız ən zəruri hissə qalır. Və elə buna görə də hər misra oxucunun içində ƏBƏDİ yaşayır – tələsmədən, sakitcə.

Və Seyran Səxavət – onunla söhbət yaddaşın, həyatın və ədəbiyyatın bir-birinə qarışdığı nöqtədə quruldu; sanki hər xatirə bir cümləyə, hər cümlə bir hekayəyə çevrilirdi. Onun danışığında zaman düz xətt kimi yox, qayıdıb dolaşan bir yol kimidir – hər dönüşdə insan öz keçmişinə bir az daha yaxınlaşır.

Bu görüşlərin ortaq nöqtəsi KİTAB idi. Yadımıza saldıq ki, kitab – təkcə oxunan bir mətn yox, insanın özünə qayıtdığı yurdudur. Hər podkast həmin o vacib sualı yenidən doğurdu: niyə oxuyuruq, ya da niyə oxumuruq? Cavablar fərqli səslənsə də, hamısı eyni həqiqətə çıxırdı – kitab insanı dəyişmir, onu özü ilə üz-üzə qoyur. Bəlkə də elə bundan qaçırıq…

Bu ideyanın arxasında təşkilati bir iradə dayanırdı. “Bookline (book online) – Rəqəmsal Kitab Klubu və Mütaliə Platforması” layihəsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin donorluğu ilə, Alternativ Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən həyata keçirildi.

Layihə bitdi. Amma əgər bu söhbətlərdən sonra kimsə bir səhifəni daha diqqətlə oxuyursa, bir cümlənin altını cızırsa, ya da sadəcə kitabı əlindən yerə qoymağa tələsmirsə – deməli, “Bookline” hələ də davam edir.

“Alternativ” İB

Previous Post

Azad edilmiş ərazilərdə bir ayda 460 mina, 3410 PHS aşkarlanıb

Next Post

“Azərbaycanın Ermənistan da daxil olmaqla bütün qonşuları…” – Hikmət Hacıyev

Bənzər yazılar

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

30 Oktyabr 2026 - 18:26

Meyvə və tərəvəzlərin qabıqları, gövdələri və toxumları əksər hallarda məişət tullantısı kimi atılır. Lakin yeni elmi araşdırma göstərib ki, bu...

FHN-in Muğan Regional Mərkəzi “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirib

FHN-in Muğan Regional Mərkəzi “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirib

30 Oktyabr 2026 - 16:36

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı...

Anar Əliyev Şuşada vətəndaşları qəbul edib

Anar Əliyev Şuşada vətəndaşları qəbul edib

30 Oktyabr 2026 - 16:16

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Şuşa şəhərində Şuşa və Xocavənd rayonlarının sakinlərini qəbul edib. ƏƏSMN-dən Elchi.az-a verilən...

Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək

Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək

30 Oktyabr 2026 - 11:47

Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək. Elchi.az xəbər verir ki, bu, Milli...

Next Post
“Azərbaycanın Ermənistan da daxil olmaqla bütün qonşuları…” – Hikmət Hacıyev

"Azərbaycanın Ermənistan da daxil olmaqla bütün qonşuları..." - Hikmət Hacıyev

Gömrüyə gətirilən avtomobillərlə bağlı yeni qayda…

Gömrüyə gətirilən avtomobillərlə bağlı yeni qayda...

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33
Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

30 Oktyabr 2026 - 21:13
“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

30 Oktyabr 2026 - 21:11
“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

30 Oktyabr 2026 - 20:29
G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər

G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər

30 Oktyabr 2026 - 20:26
Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

30 Oktyabr 2026 - 20:24
Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib

Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib

30 Oktyabr 2026 - 20:22
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

30 Oktyabr 2026 - 19:28
İspaniya millisi Bakıda dünya çempionu oldu

İspaniya millisi Bakıda dünya çempionu oldu

30 Oktyabr 2026 - 19:20
“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

30 Oktyabr 2026 - 19:11
Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

30 Oktyabr 2026 - 18:59
Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib

Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib

30 Oktyabr 2026 - 18:45
Almaniyada “Z Nəsli”nin kütləvi etiraz aksiyaları gözlənilir

Almaniyada “Z Nəsli”nin kütləvi etiraz aksiyaları gözlənilir

30 Oktyabr 2026 - 18:38
Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

30 Oktyabr 2026 - 18:26
Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

30 Oktyabr 2026 - 18:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.