Bolqarıstanın paytaxtı Sofiyadan bir qədər aralıda yük maşınında boğularaq ölən 18 miqrantın cəsədi tapılıb.Elchi.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Ölkə polisinin məlumatına görə, yük maşınında ümumilikdə 40 nəfər olub. Onların milliyyəti barədə məlumat verilmir. Avtomobil Lokorsko kəndi yaxınlığında tapılıb. İçərisində olan miqrantlar taxtanın altında gizlədilmiş anbarda olublar.
Sağ qalan qaçqınlar xəstəxanaya aparılıb. Polis ölümün dəqiq səbəblərini, həmçinin miqrantların getdikləri marşrutu müəyyənləşdirir.
Havar Şəfiyeva