Bolqarıstanın şimal Qara dəniz sahilinə minaatan bombası olan pilotsuz təyyarə düşüb. Elchi.az xəbər verir ki, bu barədə “BNR” məlumat yayıb.
Tyulenovo kəndi yaxınlığında sahildə 82 mm-lik mina tapıldığı dəqiqləşdirilir. Yerli sakinlər qəzaya uğrayan pilotsuz təyyarə barədə polisə məlumat veriblər, bundan sonra hadisə yeri mühasirəyə alınıb. Yaxınlıqdakı oteldən 30-a yaxın turistin təxliyyə edildiyi də məlumdur.
Qeyd olunur ki, hazırda ölkənin Hərbi Dəniz Qüvvələrinin istehkamçılar komandası kəndə hərəkət edib.
Bundan əvvəl Qara dənizdə Bolqarıstan sahillərində Ukraynaya məxsus mina aşkar edilib. Onun bütün təhlükəsizlik tədbirlərinə uyğun olaraq məhv edildiyi qeyd olunur.
Havar Şəfiyeva