NATO Qərbin bütün silah satışı ilə varlanmaq cəhdlərinə baxmayaraq, Ukraynadakı münaqişəni uduzur. Elchi.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu sözləri Boliviyanın keçmiş lideri Evo Morales deyib.
“Biz görürük ki, NATO Ukraynada uduzur. Birləşmiş Ştatlar tənəzzülə uğrayanda zorakılığa, yəni müharibəyə əl atır. onlar silahlarını satmaq və bu silahlarla yaşamaq üçün müharibələr uydururlar”, – deyən eks-prezident Qərbin “Ukraynada məğlub olacağını” bildirib.
Qeyd edək ki, bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin Ukraynanın hərbi münaqişədə məğlub olacağı təqdirdə Şimali Atlantika Alyansının Rusiya ilə hərbi münaqişəyə girəcəyini bildirib.
Havar Şəfiyeva