"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Boka: “Məni heç bir oliqarx Bakıya çağırmayıb”

08 Noyabr 2015 - 22:37
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Boka virtualaz.org saytının suallarını cavablandırıb. Onunla söhbətimizi təqdim edirik.

-Boka pərəstişkarları 70-ci illərin əvvəllərində Bakıda yazılmış albomlarını hələ də saxlayırlar. Amma çoxu restoranlardakı çıxışlarınız zamanı yazılan bu mahnıların texniki keyfiyyəti artıq itir. İlk Bakı albomlarınızı ABŞ-da peşəkar studiyalarda yenidən yazdırmamısınız ki?!

-Yox, hələ hazırlaşmıram. Buna nə istəyim, nə də gücüm yoxdur. Bir də ki, artıq bir dəfə uğur qazanmış bir şeyi təkrar etmək nəyə lazım?! Hərçənd ola bilsin vaxt gələr, köhnə repertuarımdan bəzi mahnıları yenidən yazaram. Köhnələrdən 10-15-ni seçib yazaram. Amma hələ indi yox.

 

-Son iki albomunuzdakı mahnılar əvvəlki kəsərini, çılğınlığını itirib. Bir az lirik, fəlsəfi olub. Bu nədir belə – Qafqaz şansonunda yeni çalar, yoxsa yaş öz sözünü deyir?

-Təəssüf ki, hər halda yaş öz sözünü deyir. 66 yaşım var. Əvvəlki mahnıları oxumaq indi mənə çətindir. Məsələn, son albomumda “Patsan” mahnısı vardı. Sonra düşündüm ki, axı mən yaşlı adamam, haradansa nəsə oğurlayan bir “patsan” haqda oxumaq mənə yaraşmaz.

-Keçmiş sovet respublikalarında tez-tezmi çıxış edirsiniz? Publika Bokanı necə qarşılayır?

-Tez-tez çıxış edirəm. Özü də bütün dünyada. Məsələn, bu yaxınlarda İsraildə çıxış etdim. Təvazökarlıqdan uzaq çıxmasın, dinləyicilər məni çox hərarətlə qarşıladı. Hətta gənclər də maraq göstərdi.

-Azərbaycanda belə şayiələr dolaşır ki, Boka hansısa azərbaycanlı oliqarxların dəvəti ilə son vaxtlar da Bakıya bir neçə dəfə gəlib. Onların uşaqlarının toyunda, başqa tədbirlərdə oxuyub. Bu deyilənlər nə dərəcədə doğrudur?

-Mən də bu haqda eşitmişəm. Amma bunlar yalnız və yalnız şayiədir. Məni heç bir oliqarx Bakıya çağırmayıb. Mənim özümə də bəzən sual verirlər. Soruşurlar ki, 1989-cu ildən sonra Bakıda olmuşam, ya yox. Təəssüf ki, mən lap çoxdandır Bakıda olmamışam, orada çıxış etməmişəm. Hərçənd ki, Bakıda həddən artıq çox dostum var. Onlarla müntəzəm olaraq zəngləşir, söhbət edirik, hal-əhval tuturuq. Azərbaycanlı dostlarımdan bəziləri Moskvada yaşayır. Biz təbii ki, məmnuniyyətlə görüşürük. Uşaqlarla əlaqəm var yəni.

Bundan əlavə, “Şanson” radiosunda çıxış edəndə dinləyicilər canlı efirə zəng vururlar. Onların arasında mütləq azərbaycanlılar da olur. Bəzən hətta Bakının özündən də zəng edirlər. Və həmişə də bu sualı verirlər: “Boka, Bakıya konsert verməyə haçan gələcəksən?” Mən də cavab verirəm ki, nə vaxt dəvət etsəniz, onda da gələrəm. Mənsə Bakıya gedəcəyəm. Buna şübhəniz olmasın. Allah qoysa, Bakıda konsert verməyə gedəcəyəm.

Radionun redaktoru həmişə təəccüblənir, deyir ki, azərbaycanlılar Bokaya gör necə də isti münasibət bəsləyir. Mənsə deyirəm ki, burada təəccüblü heç nə yoxdur. Heç kimə, o cümlədən azərbaycanlılara heç bir pisliyim dəyməyib.

Bu yaxınlarda Moskvada yaşayan gənc bir azərbaycanlı oğlan mənə müraciət etmişdi. Dedi ki, Bakıda yaşayan atası ağır xərçəng xəstəsidir, yaşamağa ümidi qalmayıb, amma səhərdən axşama qədər mənim mahnılarımı dinləyir. Oğlan xahiş etdi ki, onun atasına videomüraciət yazım.

Mən də belə videomüraciəti yazdım. Həmin kişiyə ruhdan düşməməyi məsləhət gördüm. Dedim, vaxt gələr, görüşərik, oturub yeyib-içərik, bir yerdə mahnı oxuyarıq və s.

İki gündən sonra oğlan təkrarən mənə zəng vurub minnətdarlıq etdi. Atası xəstəliyini bir neçə günlüyə də olsa unudubmuş. Doğrudur, o xəstə sağalmadı, Allah ona rəhmət eləsin. Amma oğlu onun son arzusunun yerinə yetirdiyim üçün məndən çox razı qaldığını dedi. Mənimsə gücüm oğlana yalnız “Allah rəhmət eləsin” (Boka bu sözləri azərbaycanca dedi-red.) deməyə çatdı.

-Bakıya gəlmək imkanınız olsaydı, birinci hara gedərdiniz?

-İlk növbədə qəbiristanlığa gedərdim. Axı anam, qohumlarım Bakıda dəfn olunublar. Sonra isə doğulub böyüdüyüm həyətə gedərdim. O həyət “Skaçka” (indiki Azadlıq prospekti-red.) tərəfdədir. Bakıda mənə çox doğma və əziz olan xeyli yer var. Məncə, hər şey haçansa yoluna qoyulacaq və mən Bakıya gəlib doğmalarımın məzarını ziyarət edə biləcəyəm.

Heç bir normal adam öz keçmişini, uşaqlıq dostlarını, böyüdüyü yerləri unutmur, unuda bilmir. Bakını, azərbaycanlı qonşularımı və dostlarımı həmişə xatırlayıram. Bizim həyətdə müxtəlif millətlərin nümayəndələri yaşayırdı. Çox mehriban olmuşuq. Məhəlləmizə gəlin gələndə hamı balkona çıxıb sevinər, “həyətimizə gəlin gəldi!” deyərdi. Bakı xatirələrim mənə güc verir.

-Bu gün dünyanın istənilən yerində Azərbaycan telekanallarını izləmək problem deyil. Siz necə, izləyirsinizmi?

-Bu yaxınlarda bizim Bakı yəhudilərinin dəvəti ilə Nyu-Yorkda idim. Oturub xeyli danışdıq, Bakını yada saldıq. Yeri gəlmişkən, YouTube videosaytında Bakı haqda çarxlara müntəzəm baxıram. Bu yaxınlarda isə İlhamə Quliyeva ilə Flora Kərimovanın qalmaqlından bəhs edən verilişə baxdım. Onların ikisini də yaxşı tanıyıram. Biz hətta bir yerdə işləmişik, toylara getmişik. Maraqlıdır, onlar nəyi bölə bilmirlər? Bir sözlə, Azərbaycan estrada ulduzlarının konsertlərini izləyirəm. Bunsuz olmaz ki…

Previous Post

Boka: “Məni heç bir oliqarx Bakıya çağırmayıb”

Next Post

MTN generalının gizli türməsi var imiş

Bənzər yazılar

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu və kapitanı, beşqat "Qızıl top" sahibi Kriştianu Ronaldu Portuqaliya millisinin düşərgəsini qəfildən tərk etdiyinə görə...

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38

Pentaqon Ukrayna üçün "Patriot" zenit-raket komplesinə texniki xidmət göstərilməsi və avadanlıqların tədarükü ilə bağlı "Raytheon" müdafiə korporasiyası ilə müqavilə bağlamaq...

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31

Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir nəfərin meyiti aşkarlanıb. Elchi.az "Haber Global"a...

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29

Fransa Prezidenti Emmanuel Makron məktəb şagirdləri və işçilərinin davam edən kütləvi etirazları ilə əlaqədar oktyabrın 6-sı axşam Yelisey sarayında nazirlərin...

Next Post

MTN generalının gizli türməsi var imiş

MTN generalının gizli türməsi var imiş

Son xəbərlər

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41
Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.