"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

BMTM: İfşa olunan videolar Okamponun Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq planını ortaya qoydu

01 May 2026 - 20:35
in DÜNYA, XƏBƏR LENTİ
FacebookVatsap

BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Okampo şəbəkəsinin öz əlaqələri vasitəsilə Ermənistandakı seçki proseslərinə müdaxilə etməsi, eləcə də dolayı yolla Cənubi Qafqazda normallaşma proseslərini pozmağa yönəlmiş məqsədləri ifşa olunur.

Bunu da oxuyun

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Bu barədə Elchi.az – a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən (BMTM) məlumat verilib.

Qeyd edilib ki, belə vəziyyətdə Avropa institutlarının reaksiyasının sadəcə sükutla məhdudlaşması qəbuledilməzdir:

“Luis Moreno Okampo və onun oğlu Tomasın yer aldığı video yazıların ifşası artıq narahatlıq doğuran hekayəyə dramatik yeni bir səhifə əlavə edib. Argentinada doğulmuş, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru olan Okampo bir neçə ildir ki, özünü Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı neytral hüquqi ekspert kimi təqdim etməyə çalışırdı. Lakin aprelin 30-da “Minval Politika” tərəfindən yayımlanan görüntülər bu iddianı tamamilə alt-üst edir. Görüntülərdən birində Okampo açıq şəkildə bildirir ki, onların şəbəkəsinin məqsədi Ermənistanın hazırkı Baş naziri “Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır”. Digər bir videoda isə Luis Okampo özü fəxrlə qeyd edir ki, Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin keçmiş köməkçilərindən biri artıq onun əməkdaşına çevrilib və Avropa Parlamentində fəaliyyət göstərərək “Avropa siyasətində korrektələr aparmaq”, Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula fon der Lyayenə təzyiq göstərmək və Avropa məhkəmələri vasitəsilə Aİ-nin Azərbaycanla olan enerji müqaviləsinin ləğvinə nail olmaq üçün çalışır. Bunlar qərəzsiz bir ekspertin deyil, ödənişli siyasi operativin fəaliyyətini ifşa edən açıqlamalardır”.

BMTM-ə görə, Okamponun fəaliyyətini izləyənlər üçün bu faktlar heç də təəccüb doğurmur:

“Onun Ermənistan-Azərbaycan münasibətlərinə müdaxiləsi indiki qalmaqaldan xeyli əvvəl başlamışdı. 2023-cü ilin avqust ayında o, Azərbaycanı ölkəmizin Qarabağ bölgəsində ermənilərə qarşı soyqırımı törətməkdə ittiham edən və “ekspert rəyi” kimi təqdim etdiyi bir sənəd hazırlamışdı. Bu sənəd erməni lobbi qrupları və onlara yaxın media orqanları tərəfindən geniş şəkildə yayılsa da, sonradan həmin sənəddəki ciddi hüquqi və metodoloji qüsurlar üzə çıxarıldı. Okamponun şəxsi etibarı o, Azərbaycan mövzusuna diqqətini yönəltməzdən xeyli əvvəl də zədələnmişdi. BCM-in baş prokuroru vəzifəsində çalışdığı dövrdə Avropa Araşdırmaçı Jurnalistlər Əməkdaşlığı (European Investigative Collaborations )və Der Spiegel tərəfindən aparılan araşdırmalar onun BCM statutunun tələblərini pozaraq müxtəlif ofşor şirkətləri idarə etdiyini və sonradan silahlı qruplarla əlaqəsi ortaya çıxan liviyalı bir milyarderdən mənbəyi açıqlanmayan ödənişlər aldığını üzə çıxarmışdı”.

Bildirilib ki, hazırda yayılmış videoyazıların təsdiqlədiyi əsas məqam isə ondan ibarətdir ki, Okamponun fəaliyyəti yalnız ekspert rəyləri hazırlamaqla məhdudlaşmayıb:

“Bəzi hesabatlara görə, Samvel Karapetyan da daxil olmaqla Rusiyadakı erməni oliqarxları tərəfindən maliyyə dəstəyi alan şəbəkə sistemli şəkildə Avropa institutlarında lobbiçilik fəaliyyəti aparır, Avropa Parlamentində əlaqələr qurur və ABŞ-dəki erməni diaspor-lobbi təşkilatları ilə koordinasiyalı şəkildə işləyir. Bu ifşaların zamanlaması da xüsusi əhəmiyyət kəsb edir. Ermənistan parlament seçkilərinə gedir və seçiciləqarşısında duran əsas sual budur: Baş nazir Paşinyanın sülh gündəmini səsvermə yolu ilə təsdiqləmək, yoxsa Azərbaycanla davam edən sülh prosesinə qarşı çıxan qüvvələrin siyasi proqramını seçərək onu rədd etmək. Tomas Okamponun özünün də təsdiqlədiyi kimi, Okampo şəbəkəsi açıq şəkildə ikinci tərəfin mövqeyini müdafiə edir”.

Qeyd edilib ki, sızdırılan görüntülər xarici lobbi aparatının Ermənistanın daxili siyasətinə təsir göstərərək ölkənin, eləcə də regionun maraqlarına xidmət etməyən, əksinə davamlı münaqişədən qazanc əldə edənlərin gündəliyini dəstəklədiyini aşkara çıxarır.

“Belə vəziyyətdə Avropa institutlarının reaksiyası sükut olmamalıdır. Əgər doğrudan da Borrellin keçmiş köməkçisi Avropa Parlamentinin daxilində fəaliyyət göstərən erməni lobbi şəbəkəsinin bir hissəsinə çevrilibsə, Belçika hakimiyyət orqanları və Aİ-nin etik qaydalara nəzarət edən qurumları bunu araşdırmalıdır. Avropa Parlamentinin Ermənistan-Azərbaycan məsələlərinə dair qəbul etdiyi qətnamələr, xüsusilə aprelin 30-da qəbul edilən son sənəd sülh prosesindən daha çox Rusiya meyilli müxalifətin siyasi ritorikasına uyğun ifadələr ehtiva edirsə, bu da yeni faktlar fonunda ciddi şəkildə nəzərdən keçirilməlidir. Eyni zamanda, Okamponun iddialarını kifayət qədər yoxlamadan tirajlayan beynəlxalq media və hüquqi institutlar da onun qiymətləndirmələrinə verdikləri önəmi yenidən gözdən keçirməlidirlər”, – deyə BMTM diqqətə çatdırıb.

Previous Post

Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb

Next Post

Zelenski Ukrayna ordusunda islahatların iyunda başlayacağını elan edib

Bənzər yazılar

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 - 15:13

Ukrayna Silahlı Qüvvələri (USQ) oktyabrın 9-na keçən gecə Rusiyanın Nijni Novqorod vilayətində, Sırovatixa yaşayış məntəqəsi yaxınlığında yerləşən Qitələrarası Ballistik Raketlərin...

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

11 Oktyabr 2026 - 13:24

Bakıda "Sabah" və "Slaviya" (İngiltərə) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununu avstriyalı hakim idarə edəcək....

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

11 Oktyabr 2026 - 13:21

Müdafiə Nazirliyi ötənhəftəki məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb. Elchi.az icmalı təqdim edir:    

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə...

Next Post
Zelenski Ukrayna ordusunda islahatların iyunda başlayacağını elan edib

Zelenski Ukrayna ordusunda islahatların iyunda başlayacağını elan edib

Aprelin 5-də keçirilmiş buraxılış imtahanında 8 nəfər maksimal nəticə göstərib

Aprelin 5-də keçirilmiş buraxılış imtahanında 8 nəfər maksimal nəticə göstərib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 - 15:13
Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

11 Oktyabr 2026 - 14:52
Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

11 Oktyabr 2026 - 13:24
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

11 Oktyabr 2026 - 13:21
Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

11 Oktyabr 2026 - 11:15
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

11 Oktyabr 2026 - 11:11
Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

11 Oktyabr 2026 - 11:08
El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

11 Oktyabr 2026 - 11:03
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

11 Oktyabr 2026 - 10:59
Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.