BMT yeni miqrasiya böhranı ilə bağlı xəbərdarlıq edib

86

Ölkədə döyüşlər davam edərsə, 800 mindən çox insan Sudanı tərk edə bilər. BMT hesab edir ki, bu, regionda növbəti genişmiqyaslı qaçqın böhranına gətirib çıxaracaq. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.

Agentlik təşkilat nümayəndələrinin sözlərinə istinadən qeyd edir ki, artıq 100 mindən çox qaçqın münaqişədən qaçaraq Sudandan qonşu ölkələrə köçüb.
Miqrasiya böhranı Sudanın qonşuları üçün dərhal təhlükə yaradır.
Qeyd edək ki, aprel ayında Sudanda ordu ilə əvvəllər hökumətin nəzarətində olan paramilitar təşkilat olan Çevik Reaksiya Qüvvələri arasında qarşıdurmalar başlayıb.

Havar Şəfiyeva