"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

BMT Təhlükəsizlik Şurası yararlı təşkilat olsa…

15 Avqust 2023 - 18:26
in Cebhe-banner, MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: «Azərbaycanın öz ərazisində dövlət suverenliyinin bərpa olunmasının vacibliyini vurğulamalıdır»

Bunu da oxuyun

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Odissey”in kitab satışları 1400 faiz artdı

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsi

– Qüdrət bəy, sabah BMT Təhlükəsizlik Şurasında Ermənistanın müraciəti əsasında «Laçin dəhlizi»min açılması məsələsinə baxılacaq. Azərbaycan əleyhinə hansısa qərar qəbul oluna bilərmi? Əgər olunarsa, bunun hansı nəticələri ola bilər?

– BMT TŞ obyektiv və nizamnəməsinə əsasən sülhə və təhlükəsizliyə xidmət edən yararlı bir təşkilat olsa, o zaman Ermənistanı işğalçı dövlət kimi tanımalı, ondan Azərbaycana vurduğu maddi və mənəvi ziyana görə kompensasiya ödəməsini tələb etməli, Azərbaycanın öz ərazisində dövlət suverenliyinin bərpa olunmasının vacibliyini vurğulamalıdır. BMT TŞ, eyni zamanda Xocalı soyqırımına və digər müharibə cinayətlərinə,etnik təmizləmə siyasətinə görə Ermənistanın cinayətlərini araşdıran xüsusi tribunal yaratmalıdır. Amma hamımız bilirik ki, bu təşkilat böyük dövlətlərin əlində alətdir və kiçik ölkələri təcavüzdən qorumur. Bir sözlə, heç nəyə yaramır. Azərbaycanın torpaqlarının 30 ildən artıq işğal altında qalması və BMT TŞ-nın 4 qətnaməsinə məhəl qoymadan Ermənistanın qonşu ölkənin torpaqlarını 30 ildən artıq işğal altında saxlaması, Azərbaycan ərazisindən öz işğalçı ordusunu çıxarmaması, etnik seperatizmi dəstəkləməkdə davam etməsi buna əyani sübutdur.
Bizim əleyhimizə hər hansı qərarın qəbul olunması az ehtimal olunur, ancaq bu baş verərsə belə, Azərbaycan ona əhəmiyyət verməməli, Qarabağ üzərində dövlət suverenliyinin bərpası üçün ardıcıl və qətiyyətli addımlar atmaqda davam etməlidir.

– Qərbin Azərbaycana artan təzyiqləri barədə fikirlərinizi də öyrənmək istərdik.

– Dünyadakı indiki xaos Qərbin ikili standartlar siyasətinin nəticəsidir. Hər şey Qərbin 1988-ci ildə Qarabağda qanlı seperatizmi dəstəkləməsindən başladı. Təəssüf ki, həmin siyasət bu gün də davam edir. Baxın, Rusiya Ukraynada onunla sərhəddə kompakt, birlikdə yığcam yaşayan 10 milyon rusun hüquqlarını qorumaq adı altında Ukraynaya qoşun yeridir və bu,Qərb üçün işğaldır. Eyni işi Ermənistan edir, amma Ermənistanı heç kim işğalçı dövlət kimi tanımır. Yaxud İspaniyada yaşayan geniş muxtar respublika səlahiyyətlərinə malik olan 5.5 milyon katolon 2017-ci ildə referendum keçirir, ,parlamentləri müstəqillik barədə qərar qəbul edir. Bunun ardınca İspaniya hökuməti daxili qoşunları Kataloniyaya yeridir, seperatçıların liderləri, hökumət üzvüləri həbs olunur, qaçan da qaçır. İspaniyanın dövlət suverenliyi bərpa olunur, buna görə heç kim onlara güldən ağır söz demir. Amma görün bir ovuc – 50,60 min erməniyə görə hansı hoqqabazlığı və əclaflığı edirlər? Hətta bəzi satqın «azərbaycanlılar» da bu işlərinə şərik edirlər. Təəssüf ki, bu gün Qərbdə hökm sürən islamafobiya, xristian həmrəyliyi və korrupsiya ali bəşəri dəyərləri, beynəlxalq hüququ məhv edir, yeni müharibələr üçün şərait yaradır.
Bir daha söyləyirəm, Azərbyacan heç nəyə əhəmiyyət vermədən işğalçı ordunu əzib Qarabağdan qovmalı, öz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etməlidir. Bu bizim təbii və beynəlxalq hüquqa əsaslanan haqqımızdır.

Previous Post

BMT Təhlükəsizlik Şurası yararlı təşkilat olsa…

Next Post

İspaniya XİN Azərbaycanın əleyhinə olan paylaşımını sildi

Bənzər yazılar

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

01 Avqust 2026 - 20:13

Müasir dövrdə qlobal və regional münasibətlər sistemində baş verən sürətli dəyişikliklər dövlətlər arasında çoxtərəfli əməkdaşlığın əhəmiyyətini daha da artırmaqdadır. Müxtəlif...

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 19:59

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

“Odissey”in kitab satışları 1400 faiz artdı

“Odissey”in kitab satışları 1400 faiz artdı

31 İyul 2026 - 22:39

Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur “Odissey” dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin...

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32

2026-cı il FIFA Dünya Kuboku dünyanın ən dəyərli futbolçularının böyük hissəsini bir araya gətirdi. Elchi.az Transfermarkt məlumatları və Yahoo! Sports...

Next Post
İspaniya XİN Azərbaycanın əleyhinə olan paylaşımını sildi

İspaniya XİN Azərbaycanın əleyhinə olan paylaşımını sildi

İspaniya XİN Azərbaycanın əleyhinə olan paylaşımını sildi

İspaniya XİN Azərbaycanın əleyhinə olan paylaşımını sildi

Son xəbərlər

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

01 Avqust 2026 - 20:13
“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 19:59
Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

01 Avqust 2026 - 12:00
MİQ-in nəticələri açıqlanıb

MİQ-in nəticələri açıqlanıb

01 Avqust 2026 - 11:45
Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

01 Avqust 2026 - 11:21
“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

01 Avqust 2026 - 11:08
Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

01 Avqust 2026 - 10:55
Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

01 Avqust 2026 - 10:50
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

01 Avqust 2026 - 10:30
Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

01 Avqust 2026 - 10:15
Azərbaycan dili və əlifbası günüdür

Azərbaycan dili və əlifbası günüdür

01 Avqust 2026 - 00:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.