BMT təyyarə qəzasına görə açıqlama yaydı

🗓 18.07.2014 21:59 ✍️ "Elçi" qəzeti

"Müstəntiqlərin təyyarənin qəza yerinə daxil olmasına icazə verilməlidir"

BMT Təhlükəsizlik Şurası Donetskdə baş verən aviaqəzanın beynəlxalq araşdırmasını tələb edən sənədimg1606477 yayıb.
ANS PRESS-in məlumatına görə, sənədin müəllifləri bildirir ki, müstəntiqlərin təyyarənin qəza yerinə daxil olmasına icazə verilməlidir.
"BMT Təhlükəsizlik Şurasının üzvləri Beynəlxalq vətəndaş aviasiyası təşkilatının təlimatlarına uyğun olaraq bu hadisənin tam, dəqiq və müstəqil beynəlxalq araşdırmasına çağırır", - Təhlükəsizlik Şurasının bəyanatında deyilir.
Malayziya aviaşirkətinə məxsus "Boinq-777" təyyarəsi dünən axşam Ukraynanın Donetsk ərazisində qəzaya uğrayıb. "Boinq-777" təyyarəsində olan 298 insanın hamısı həlak olub.
 

Bənzər yazılar