Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk, İsrailin hücumu nəticəsində Qəzzada yardım təşkilatı World Central Kitchen (WCK) işçilərinin öldürülməsini qınadı və İsraili bütün humanitar yardım işçilərinə hörmət və mühafizə etməyə çağırıb.
Elchi.az xəbər verir ki, Türk, İsrailin Qəzzaya endirdiyi hava hücumunda WCK işçilərinin həyatını itirməsi ilə bağlı X sosial media platformasında açıqlama verib.
“Mən World Center Kitchen işçilərinin qətlini pisləyirəm”. Türk qeyd edib ki, digər humanitar yardım işçiləri kimi onlar da təcili həyat xilasetmə işləri aparırlar.
Türk, bu hücumun müstəqil və hərtərəfli araşdırılması lazım olduğunu vurğulayıb.
Məsuliyyətli davranmağın vacibliyinə işarə edən Türk, “İsrail bütün humanitar yardım işçilərinə hörmət etməli və onları qorumalıdır” deyib.
Şayəstə Hüseynova