Təl-Əviv bəşəriyyətə qarşı cinayətlər törətdiyi üçün İsrailin hərəkətləri səbəbindən Qəzza zolağında soyqırım riski var.
Elchi.az “RİA Novosti” yə istinadən xəbər verir ki , bu barədə BMT ekspertləri məlumat yayıb.
“Biz həyəcan təbili çalırıq: İsrail Qəzzada insanlığa qarşı cinayətlərə aparan kampaniyasını davam etdirir. İsrailin siyasi liderləri və müttəfiqlərinin Qəzzada hərbi əməliyyatlar və İordan çayının qərb sahilində artan həbs və qətllərlə müşayiət olunan bəyanatlarını nəzərə alsaq, Fələstin xalqına qarşı soyqırım riski də var”, – deyə BMT bildirib.
Nuranə Məmmədova