"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

BMT-nin toplantısı – danışıb, dağılışmaq yeri – ŞƏRH

03 Oktyabr 2015 - 08:47
in SİYASƏT
FacebookVatsap

Təşkilatın vəziyyətini xarakterizə etmək üçün Dağlıq Qarabağla bağlı qəbul edilən 4 qətnamənin 22 ildir yerinə yetirilmədiyini göstərmək kifayət edərBaş Assambleyasının 70-ci yubiley sessiyası davam edir. Toplantıda dövlət və hökumət başçıları çıxış ediblər. Müzakirələr oktyabrın 3-dək davam edəcək.

Dünyanın ən böyük və nüfuzlu beynəlxalq təşkilatının kürsüsündən müxtəlif dövlətlərin başçıları çıxış edərək, öz ölkələrini, dünyanı narahat edən problemlərə toxunublar.

Bunu da oxuyun

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Bu çıxışlar arasında daha çox diqqətçəkəni ABŞ prezidenti Barak Obama və onun rusiyalı həmkarı Vladimir Putinin məruzələri idi.

B.Obamanın çıxışında daha çox demokratiya, konstitusiyanın aliliyi, terrorçuluğa qarşı mübarizə, iqtisadi əməkdaşlıq vurğulanıb. Ağ Evin indiki yiyəsi deyib ki, dünyada səliqə-sahman yaratmaq üçün ABŞ-a yardım etmək lazımdır.

Rusiya prezidenti Vladimir Putin də oxşar mövzulara toxunub. Düzdür, o, demokratiya və konstitusiyanın aliliyindən söz açmayıb, ancaq terrorçuluğa qarşı mübarizədən, dövlətlərin ambisiyasından, dünyadakı iqtisadi vəziyyətdən və bu sayaq ümumi məsələlərdən danışıb.

Hər iki dövlətin liderlərinin çıxışlarında dolayı və açıq şəkildə qarşılıqlı ittihamlar da az deyildi.

Türkiyənin baş naziri Əhməd Davudoğlu da çıxışında dünyanı narahat edən məsələlərdən, o cümlədən Cənub Qafqazdakı vəziyyətdən danışaraq, deyib ki, bu bölgə sülh, təhlükəsizlik və bölgənin rifahı baxımından əhəmiyyətli yer tutur, ancaq orada hələ də mövcud olan münaqişələr və qeyri-sabit vəziyyət bölgəni zəiflədir: “Təəssüflər olsun ki, Cənubi Qafqazdakı münaqişələr hələ də həll olunmamış qalır”. O, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünə hörmət əsasında həll edilməsinin vacibliyini bildirib: “Biz Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında münaqişənin sülh yolu ilə həlli üçün səylərimizi əzmlə davam etdirəcəyik. Bu eynilə Gürcüstana da aiddir. Biz bu ölkənin də ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”.

Ermənistan prezidenti Serj Sarqsyan da sessiyada çıxış edib. O, tarixi və beynəlxalq sənədləri saxtalaşdıraraq, BMT-nin ali kürsüsündən erməni xəstəliyi ilə dünyanı yoluxdurmağa cəhd göstərdi.

S.Sarqsyanın uydurmalarından biri saxta erməni soyqırımı, digəri isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə bağlı idi.

Ermənistan rəhbəri BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni elə bu qurumun kürsüsündən təhrif etdi.

Qeyd edək ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib – 1993-cü il aprelin 30-da 822 saylı, 1993-cü il iyulun 29-da 853 saylı, 1993-cü il oktyabrın 14-də 874 saylı, 1993-cü il noyabrın 12-də 884 saylı.

Bu sənədlərdə Azərbaycanın ərazi bütövlüyü məsələsi açıq-aydın vurğulanıb.

S.Sarqsyan Dağlıq Qarabağda atəşkəslə bağlı qəbul edilmiş razılaşmanı da təhrif edərək, onu “sülh” sazişi kimi qələmə verib. Hətta, həmin sənəddə Dağlıq Qarabağdakı erməni icmasının “tərəf” kimi tanındığını da dünyaya sırımaqdan utanmayıb.

Ancaq bütün beynəlxalq sənədlərdə və rəsmi Bakının apardığı danışıqlarda Azərbaycan Qarabağdakı erməni vətəndaşlarına muxtariyyət vəd etdiyini, Ermənistanın işğal etdiyi torpaqlardan çəkilməsini istədiyini bildirib və bunu bildirməkdədir.

Ukrayna prezidenti Pyotr Poroşenko da çıxışında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişədən danışıb: “Rusiya on illərdir öz ətrafında qeyri-sabitlik zolağı yaradıb. Bura Dağlıq Qarabağ, Denstryanı, Abxaziya, Cənubi Osetiya, Krım və Donbas daxildir. Həlli uzanan bu münaqişələr Rusiya tərəfindən ya dəstəklənir, ya da birbaşa ona bağlıdır”.

Baş verən prosesləri təhlil etdikdə, BMT-nin 70-ci sessiyasındakı çıxışlardan aşağıdakı nəticələri də çıxarmaq olar:

– bütün dövlətlər terrorçuluğu lənətləyir və ondan əziyyət çəkdiklərini bildirib;

– hamı sülh və dinc yaşamaq istədiyini bəyan edib;

– iqtisadi əməkdaşlıq vacib sayılıb;

– Afrikanın şimalında, Suriya, İraq, Yəmən, Əfqanıstanda baş verənlərdən hamı narahatdır;

– Qaçqınların problemindən hamı danışıb;

– Terrorçu İŞİD qruplaşmasının bütün dövlətlər üçün təhlükə mənbəyi olduğu etiraf edilib;

– demokratiyanın vacibliyi vurğulanıb;

– ətraf mühitin qorunmasının prioritet olduğundan söz açılıb;

– münaqişələrin dinc, danışıqlar yolu ilə həllinin vacibliyi vurğulanıb;

– qarşılıqlı ittiham irəli sürülüb;

– insan haqlarının qorunması və qanunun aliliyindən danışılıb;

– İslam dini təriflənib;

– atom silahının insanlıq əleyhinə olduğu dilə gətirilib və s.

Ancaq çıxışlardan o da məlum oldu ki, dünyanın aparıcı dövlətləri daha çox beynəlxalq aləmdə baş verənləri şərh etməkdən uzağa gedə bilməyiblər.

Orta Şərq, Cənubi Qafqaz, Ukraynadakı vəziyyətə dair çıxışlarda əsl günahkar birmənalı olaraq, yenə göstərilmədi. Oğru da, doğru da özünə haqq qazandırdı. Başqa sözlə, danışıb, dağılışacaqlar.

Ancaq əsl həqiqət var, axı. Dünyanın aparıcı dövlətlərinin başçıları nə desə də dünya ictimaiyyəti gerçəkliyi bilməkdən xali deyil. Dağlıq Qarabağı işğal edənin də, Orta Şərqdə qarışıqlığı yaradanın və ya yaradanların da ünvanı bəllidir.

Heç dünyada aparılan hibrid savaşlarının arxasında duranlar da özlərini gizlədə bilmir.

Təbii ki, BMT dünyada baş verənləri danışmaq və mövcud problemlərdən çıxış yolunun aranması üçün yerdir. Bununla belə bir çox məsələlər var ki, uzun illərdir bu beynəlxalq qurumda onu müzakirə etsələr də, nəticə yoxdur. Elə BMT-nin nüfuzuna xələl gətirən, ona danışıb, deyinib, dağılışmaq mahiyyəti verən də budur. Ona görə də təşkilatda struktur dəyişikliyi də təkilf edilir.

Təşkilatın vəziyyətini xarakterizə etmək üçün Dağlıq Qarabağla bağlı qəbul edilən 4 qətnamənin 22 ildir yerinə yetirilmədiyini vurğulamaq kifayət edər.

Deməli, ümid yenə də ambisiyalı dövlətlərin və onların öz aralarında yaratdığı qeyri-rəsmi qurumlara qalır. Təəssüf ki, onların da öz aralarında razılaşıb, nəyisə bölüşməsi uzun çəkir…

 share-block__img

Sədrəddin İsmayılov

Previous Post

BMT-nin toplantısı – danışıb, dağılışmaq yeri – ŞƏRH

Next Post

Təcili: Rus hərbi təyyarələri Suriyada türkmənləri bombalayır

Bənzər yazılar

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov birgə nahar ediblər.

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28

Bizim valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyublar, hərçənd mən dediyim kimi, çeçenlər və azərbaycanlılar əsrlər boyu daim dostluq, anlaşma...

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da “Bakı Ağ Şəhər”də olublar. Elchi.az...

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. Elchi.az xəbər verir ki,...

Next Post

Təcili: Rus hərbi təyyarələri Suriyada türkmənləri bombalayır

Təcili: Rus hərbi təyyarələri Suriyada türkmənləri bombalayır

Son xəbərlər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

10 Oktyabr 2026 - 11:41
Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

10 Oktyabr 2026 - 11:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.