BMT: “İŞİD-çilər hərbi canilərin siyahısı üçün yaxşı namizəddir”

🗓 26.07.2014 19:58 ✍️ "Elçi" qəzeti
“İraqın və Şamın İslam Dövləti” (İŞİD) terror qruplaşmasının hərbçiləri hərbi cinayətlərdə şübhəli bilinənlərinxx xxzczx siyahısına daxil edilə bilər. musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin insan haqları üzrə Şurasının təhqiqat qrupunun başçısı Paulo Pineyro açıqlama yayıb.
Hərbi cinayətlərin konfidensial siyahısı ilk dəfə olaraq BMT-də açıq şəkildə təqdim olunub. Pineyro İŞİD-in açıq-saçıq edamlar və işgəncələrə görə bu siyahıya düşə biləcəyini söyləyib.
Hətta günahsız müsəlman əhaliyə qarşı da qəddarlığı ilə tanınan sözügedən terrorçu birləşmə iyunun sonunda zəbt elədiyi Suriya və İraq ərazisində xəlifəlik elan etdiyini bildirib.
Musavat.com

Bənzər yazılar