Birləşmiş Millətlər Təşkilatı (BMT) bildirib ki, bütün üzv dövlətlər Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planı ilə bağlı Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əməl etməlidir.
Elchi.az xəbər verir ki, BMT-nin baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında nüvə silahı ilə bağlı artan gərginliyin narahatlıq doğurduğunu bildirib.
Nüvə risklərinin çox yüksək olduğunu bildirən Dujarrik, gərginliyi artıracaq hər cür səhv hesablamalardan və ya hərəkətlərdən qaçınılması lazım olduğunu vurğulayıb. Onun sözlərinə görə, bütün üzv dövlətlər Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əməl etməlidirlər. Müqavilənin məsuliyyət və öhdəliklərini yerinə yetirməlidirlər.
Ukraynanın BMT Təhlükəsizlik Şurasının fövqəladə iclas çağırışına gəlincə, Dujarrik görüşün bu həftə baş tutacağına dair məlumatı paylaşıb.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin martın 25-də Belarusda taktiki nüvə silahı yerləşdirəcəklərini bəyan edərək, “Biz bunu nüvə silahlarının yayılmaması ilə bağlı beynəlxalq öhdəliklərimizi pozmadan edəcəyik”,-deyə qeyd edib.
NATO və Avropa İttifaqı (Aİ) Rusiyanın bu qərarını “məsuliyyətsiz” hesab etdiklərini bəyan ediblər. Ukrayna Xarici İşlər Nazirliyi də BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının keçirilməsini xahiş edib.
Yeganə