Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahında BMT bayrağı yarıya qədər endirilib. Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə 101 Təşkilatının (UNRWA) həyatını itirən əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elchi.az xəbər verir ki, İsrailin Qəzza zolağına hücumları davam edərkən, oktyabrın 7-dən bu yana İsrailin hücumlarında həlak olan UNRWA-nın 101 əməkdaşı BMT tərəfindən anılıb.
ABŞ-ın Nyu-York şəhərindəki BMT Baş Qərargahında BMT bayrağı yarıya qədər endirilib və UNRWA əməkdaşları üçün bir dəqiqəlik sükutla yad edilib. BMT-nin Baş katibi Antonio Quterreş bütün dünya üzrə BMT əməkdaşlarını səhər saat 9:30-da bir dəqiqəlik sükutla yad etməyə dəvət edib. “Təşkilat tariximizdə heç vaxt olmadığı qədər Birləşmiş Millətlər Təşkilatının yardım işçisi öldürülüb. Mən böyük çətinliklərə və risklərə baxmayaraq insanların həyatını xilas etmək üçün işlərini davam etdirən hər kəsi salamlayıram”, – Quterreş deyib.
Nuranə Məmmədova