BMT-nin büdcəsinin təxminən 70%-i əmək haqqına gedir və bu, təşkilatın mandat və vəzifələrinin yerinə yetirilməsinə ayrılan vəsaitləri azaldır.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Cenevrədəki daimi nümayəndəliyi məlumat yayıb.
ABŞ nümayəndəliyi hesab edir ki, BMT-yə hesabatlılığı artırmaq və fəaliyyətini əsas prinsiplər üzərində qurmaq üçün islahat lazımdır: “ABŞ Prezidenti Donald Tramp BMT-ni resurslarını bürokratiyaya deyil, nəticələrə yönəltməyə çağırır.





















