Müharibə başlayandan bəri Avropada beş milyona yaxın ukraynalı qaçqın kimi qeydiyyata alınıb.
Elchi.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) hesabatında bildirilib.
BMT QAK-ın məlumatına görə, fevralın 24-dən bəri ümumilikdə 4 816923 ukraynalı Avropanın 44 ölkəsində qaçqın kimi qeydiyyata alınıb.
Bildirlib ki, iyunun 7-nə kimi Ukraynadan 7,3 milyondan çox insanın sərhəd keçidinin qeydə alınıb və onlardan 2,3 milyon nəfərin ölkəsinə qayıdıb.
18-60 yaş arası ukraynalı kişilərin hərbi xidmətə yararlı olması və xaricə gedə bilməməsi səbəbindən xarici ölkələrə gedənlərin 90%-ni qadınlar və uşaqlar təşkil edir.
BMT QAK bildirib ki, Ukraynadakı müharibə “dünyanın ən böyük məcburi köçkün böhranlarından biri”nə səbəb olub.
Zelenski Türkiyəyə səfər edib
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edib. Elchi.az xəbər verir ki, Volodimir Zelenski bu barədə sosial media hesabında məlumat yayıb. Zelenskinin...





















Son şərhlər