“BMT Yaxın Şərqdə hərbi gücün artırılmasından son dərəcə narahatdır və ABŞ və İranı fikir ayrılıqlarını həll etmək üçün danışıqları davam etdirməyə çağırır”.
Elchi.az xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Düjarrik bildirib.
“Baş katib müşahidə etdiyimiz hərbi güclənmə və hərbi təlimlərdən son dərəcə narahatdır. Biz həm İran İslam Respublikasını, həm də ABŞ-ı Oman tərəfindən asanlaşdırılan danışıqları davam etdirməyə çağırırıq”,-deyə Düjarrik qeyd edib.
Məlumata görə, ABŞ administrasiyası fevralın 21-də İrana qarşı hərbi əməliyyata başlamaq imkanını nəzərdən keçirir. Yanvar ayında Ağ Ev xəbərdarlıq etmişdi ki, Tehran danışıqlar masasına oturub nüvə silahından tam imtinanı ehtiva edən ədalətli razılaşma əldə etməsə, güc tətbiq etməyə ciddi şəkildə hazırdır.
İran hakimiyyəti dəfələrlə atom bombası yaratmaq niyyətində olmadığını bildirib.
Yeganə





















