Amazon-un qurucusu və ABŞ milyarderi Jeff Bezosun məxsus aerokosmik şirkəti Blue Origin, uçuşdan əvvəlki yoxlamalar zamanı texniki problem aşkar edildikdən sonra NS-37 suborbital uçuşunu təxirə salıb.
Elchi.az xəbər verir ki, şirkətin veb saytında yayılan məlumata görə, NS-37 suborbital uçuşu texniki səbəblərdən dayandırılıb.
Uçuşun dekabrın 20-dən əvvəl baş tutmayacağı və canlı yayımın uçuşdan 20 dəqiqə əvvəl başlayacağı gözlənilir.
NS-37 suborbital uçuşunun heyətinə kosmosun kənarına səyahət edən ilk əlil arabası istifadəçisi, aviasiya mühəndisi Michaela Benthaus daxildir.
Uçuş üçün planlaşdırılan digər heyət üzvləri arasında SpaceX-in keçmiş Uçuş Etibarlılığı üzrə vitse-prezidenti Hans Koenigsmann, sahibkar Nil Milç, fizik Coi Hayd, investor Adonis Pouroulis və kompüter alimi Ceyson Stansell də var. Uçuşda istifadə ediləcək New Shepard kosmik gəmisi 10-12 dəqiqə davam edən suborbital uçuşlar həyata keçirir və bu müddət ərzində bir neçə dəqiqə “çəkisizlik” təcrübəsi yaşanır.
Məryəm





















