Twitter İlon Maskın şirkət işçilərinin təxminən yarısını ixtisar etmək planına görə məhkəməyə verilib.
Elchi.az Bloomberg-ə istinadən xəbər verir ki, Twitter San-Fransisko Federal Məhkəməsində İlon Maskın işçi qüvvəsinin təxminən yarısını ixtisar etmək planına görə məhkəməyə verilib.
Twitter əməkdaşları hesabatda bildiriblər ki, şirkət federal və Kaliforniya qanunlarını pozaraq işçiləri adekvat xəbərdarlıq etmədən işdən çıxarıb.
ABŞ mətbuatında yer alan xəbərə görə, Twitter rəhbərliyi məsələ ilə bağlı işçilərə elektron məktub göndərib.
Sözügedən elektron poçtda cümə səhərindən etibarən işçilərə iş statusu ilə bağlı məlumat veriləcəyi bildirilib.
“Twitter-i sağlam bir yola salmaq üçün cümə günü qlobal işçi qüvvəmizi azaltmaq üçün çətin bir prosesdən keçəcəyik” deyən e-poçtda bu hərəkətin şirkətin davamlı uğuru üçün zəruri olduğu qeyd edildi.
Şayəstə