“Polşada payızda Hakim Qanun və Ədalət partiyası parlament seçkilərindən iştirak edəcək. Varşava seçki ərəfəsində seçiciləri özlərindən uzaqlaşdırmaq istəmədiyi üçün Ukrayna taxılının idxalına qadağa qoyub”.
Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Şərqi Avropa hökumətləri Ukraynanın ən mühüm iqtisadi həyat xəttini təhlükəyə atıblar.
Polşanın hakim partiyasının rəhbəri Yaroslav Kaçinski qeyd edib ki, Varşavadan gələn belə “sərt” qərar Kiyevə kömək edəcək. Eyni zamanda, o vurğulayıb ki, ölkəni böhrana sürükləmək və hakimiyyəti Kiyevi dəstəkləmək siyasətini dəyişmək istəyənlərə ötürmək polşalı tərəfdaşlar üçün sərfəli deyil.
Qeyd edək ki, Ukrayna taxılının ölkəyə idxalına qadağa Polşa ilə yanaşı, Bolqarıstan, Macarıstan, Slovakiya və Rumıniya kimi ölkələr tərəfindən də qoyulub.
Yeganə