ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin Vaşinqtondakı səfirliyinə gedərək matəm kitabını imzalayıb.
Elchi.az-ın xəbərinə görə, bu barədə diplomat Tvitterdə bildirib.
“Türkiyədə baş verən dağıdıcı zəlzələ qurbanlarının başsağlığı kitabını imzaladım. Sərhədin o tayında türk xalqının, eləcə də suriyalıların böyük itki və iztirablara məruz qalması məni dərindən kədərləndirdi.” – dövlət katibi qeyd edib.