ABŞ dövlət katibi Antoni Blinken Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Çin və Hindistanın xarici işlər nazirləri ilə Rusiyanın kosmosda nüvə silahı yerləşdirməsi ehtimalını müzakirə edib.
Elchi.az xəbər verir ki, bu barədə The New York Times (NYT) yazır.
Nəşrin yazdığına görə, Blinken bildirib ki, məhz Çin və Hindistan liderləri Si Tsinpin və Narendra Modi Rusiyanı “fəlakətə çevrilə biləcək” addımdan çəkindirməlidirlər.
NYT-nin xəbərinə görə, nazirlər Vanq Yi və Subrahmanyam Caişankarla görüşdə ABŞ dövlət katibi qeyd edib ki, “kosmosda istənilən nüvə partlayışı təkcə Amerika peyklərini deyil, həm də Çin və Hindistan peyklərini məhv edəcək”.
ABŞ prezidenti Co Bayden bildirib ki, Birləşmiş Ştatlar Rusiya Federasiyasının kosmosda peyk əleyhinə silahlar yerləşdirmək üçün texniki imkanları barədə məlumat alıb, lakin Rusiya Federasiyasının bunu etmək niyyətini görmür.
Nuranə Məmmədova