"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

BİTMƏYƏN SEVDA YOLU…

05 Noyabr 2014 - 23:56
in KÖŞƏ YAZILARI, MƏDƏNİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək



????????Sovet ideologiyasının yeritdiyi milli siyasətin əsas tezislərindən biri də rus olmayan xalqlarda, xüsusilə 
müsəlman xalqlarında öz milli tarixlərinə, milli kimliklərinə inamsızlığın formalaşdırılması idi. Milli tarix sovet tarixşünaslığında həmişə elə formatda təqdim olunurdu ki, onu oxuyan millət övladının psixologiyasında yarımçıqlıq kompleksi yaranırdı. Bu tarix o qədər maraqsız və utancverici təqdim olunurdu ki, müsəlman gənc «öz tarixində» fəxr ediləcək heç nə tapa bilmirdi. Çünki sovet ideoloqları müsəlman xalqlarının, əslində, çox zəngin olmuş dövlətçilik və mədəni ənənələrini elə təqdim edirdilər ki, sanki bütün bu xalqların hamısı Rusiyaya «könüllü şəkildə birləşənə», başqa terminlə deyildiyi kimi «ilhaq olunana» (rus işğalları sovet tarixşünaslığında keçmiş sovet ittifaqına daxil olan qeyri-rus xalqlarının Rusiyaya könüllü şəkildə birləşməsi kimi təqdim olunurdu), yaxud Sovet Höküməti qurulana qədər tamamilə savadsız və mədəniyyətsiz olmuş, fəxr ediləsi mədəni nailiyyət olmamış və bütün bunların hamısına rusların vasitəsilə qovuşmuşlar. Bu ideologiyanın qeyri-ruslarda, o cümlədən azərbaycanlılarda yaratdığı antimilli stereotiplər, təəssüf ki, bu gün də ictimai psixologiyada yaşamaqda davam edir. Rəsmi yerlərdə qəhrəman deyəndə Babəki, Koroğlunu, Nəbini, Həcəri anan Azərbaycan insanının qeyri-rəsmi düşüncəsində «əşşi, bizim heç bir tariximiz olmayıb, onun-bunun işğalı altında olmuşuq, gah ərəb işğal eləyib, gah da monqol, yazılanlar da yalançı söhbətlərdir» stereotipi, nə yazıq ki, hələ də işləkdir. Bu, rus ideoloqları tərəfindən əsrlər ərzində, xüsusilə XX əsrdə ictimai şüur və ictimai psixologiyaya oturdulmuş düşüncə stereotipidir. Onun aradan qaldırılması uzun təbliğat yolundan və bizim özümüzün özümüzü tanımağımızdan, kimliyimizi dərk etməyimizdən, bizimlə birgə yaşayan Azərbaycan insanını tanımaqdan keçir.
Doğrudan da, bizim özümüzün özümüzü tanımağımıza böyük ehtiyacımız var. Uşaqlıqdan milli söhbətlərin olunduğu ailədə böyümüşəm. Böyük qardaşlarım humanitar təhsilli idilər. Evimiz kitabla dolu idi. Qəzetdən kasadlıq çəkmirdik. İşdən evə yorğun dönən qardaşlarımı yemək və istirahədtən qabaq poçtalyonun qəzet gətirib-gətirmədiyi maraqlandırırdı. Elə bilərdim ki, millət söhbətləri ancaq bizim evimizdə olur. Hətta yaxın illərə kimi Biləsuvar rayonunda ALLAHVERDİ Hüseynəli oğlu QURBANOV kimi adsız qəhrəmanın, millət fədaisinin yaşadığından xəbərim belə yox idi. Daim mənim üçün əziz insan olmuş, Biləsuvarda “Region-Press” qəzetində çalışan, özümə qarşı daim hörmət və qardaşlıq münasibəti gördüyüm Samir Cahangiroğlu məni axtarıb tapana qədər Biləsuvar torpağında Allahverdi Qurbanov kimi bir adsız qəhrəmanın, millət fədaisinin, dil sevdalısının varlığından xəbərsiz idim. Bax, bizim düşdüyümüz durumun əsil mahiyyəti bundan ibarətdir. Vaxtilə 1965-ci ildə bir dəstə vətənpərvər, millətsevər gənclə birlikdə «Azərbaycan Milli Dilinin Müdafiə Komitəsi» adlı təşkilat yaradan, ona rəhbərlik edən və bu fəaliyyətinə görə olmazın mənəvi əzabalara düçar edilən Allahverdi Qurbanov adlı bir millət fəadisini tanımamış, bilməmiş və bir ömrü beləcə xəbərsiz yaşamışıq. Bu, bizim bir xalq kimi düçar edildiyimz faciəmizdir. Bakıda – Dağüstü parkda ermənilər tərəfindən qətlə yetirilmiş minlərlə insanın məzarları üzərində əyləncə parkları, attraksionlar saldıran, Azərbaycan məktəblisini bu millətin qatilləri olan 26 Bakı komissarlarının abidəsi önündə əsil sovet vətəndaşı olacağına and içdirən, Azərbaycanın şairlərinə, yazıçılarına bu qatillər haqqında onları təbliğ və tərənnüm edən əsərlər yazdıran da elə bu xəbərsizlik – düçar edildiyimiz qəflət idi.
Yadımdadır. Keçən əsrin 80-ci illərində Bakıda Səməd Vurğun bağında futbol azarkeşləri toplanar, oyunları, futbolçuları müzakirə edərdilər. Mənim Cəlilabad rayonundan olan tələbə yoldaşım Əli Əsgərov da futbol həvəskarı idi. Şəhərə gəzməyə çıxanda Əli yolumuzu həmin bağdan salar, şirin-şirin futbol söhbətlərinə qoşulardı. Mən futbol həvəskarı deyildim. O söhbətlərə də həvəs göstərmirdim. Orada ermənilər də olurdu. Bir dəfə həmin bağda qoca bir bakılı ilə həmsöhbət oldum. Qoca əli ilə erməniləri göstərib, «Eh oğul, siz bunları tanımırsız, – dedi, – indi necə bizimlə şirin-şirin söhbət edirlər. Kaş biləsiz ki, bunlar Bakıda nə qırğınlar törədiblər. İmkanları yoxdur, yenə də törədərlər».
Bu söhbət, təqribən, 1983-85-ci illərə aiddir. Bir azdan ermənilər baş qaldıracaqdılar. İndi isə onlar şirin-şirin futbolu müzakirə edirdilər. Əslində, bu müzakirələrlə bərabər millətçi erməni fondlarına pul yığır, Qarabağı Azərbaycandan ayırmaq üçün min bir plan fikirləşirdilər. Bizim Allahverdi Qurbanov kimi millət oğullarını isə sovet höküməti həyat-ölüm dilemması qarşısında qoyub sındırmışdı.
A. Qurbanovun bir illik həbsdən sonrakı həyatını anlayıram: daim DTK-nın rayon şöbəsinin nəzarəti altında yaşamaq, hər addımı qonum-qonşular, iş yoldaşları içərisindən olan agentlər tərəfindən izlənilmək, müntəzəm şəkildə tərbiyəedici, islahedici söhbətlərə çağırılmaq, müxtəlif təkliflər qarşısında qoyulmaq…
Yadımdadır, 1985-ci ildə M.S.Qorbaçov Sov. İKP-nin plenumunda SSRİ-də «Yenidənqurma və aşkarlıq» siyasətini elan etdi. Ölkədə müəyyən nəfəs genişliyi yarandı. Hər yerdə milli dirçəliş əlamətləri hiss olunmağa başladı. Həmin dövrdə gəncliyin, xüsusən tələbələrin düşüncəsinə Ç.Aytmatovun «Əsrdən uzun gün» romanı çox qüvvətli təsir etmişdi. Ayrı-ayrı millətsevər qüvvələr, o cümlədən mənim bir sıra dostlarım da milli təşkilatlar yaratmaq haqqında düşünürdülər. Gənclik İ.Hüseynovun «İdeal»ını, Ç.Aytmatovun sözü gedən romanını qızğın müzakirə edirdi. 1986-cı ildə təyinatla Biləsuvara gəldim. 1987-ci ilin fevralında isə Bakıya DTK-ya çağırıldım. Burada bir daha antisovet fəaliyyətlə məşğul olmayacağımla bağlı iltizam verdikdən sonra rayona qayıtdım. Ətrafımda bəzi qonşulardan və bəzi müəllim yoldaşlarımdan təşkil olunmuş nəzarət şəbəkəsinin olduğundan indi xəbər tutdum. Onların mənimlə etdiyi söhbətlərdə hansı vəziyyətlərə düşdüyünü, necə artistlik etdiklərini, məni millətçi söhbətlərə çəkdiklərini aydınca görür, anlayırdım. Sirrimi yalnız sonralar Biləsuvarda xalq hərəkatına başçılıq etmiş qardaşım Xanverdi müəllimlə bölürdüm. Lakin ölkədəki durum ayrı idi. Ölkə coşur, qaynayırdı. Bütün bu hadisələrin fonunda A.Qurbanovun durumunu çox aydın şəkildə dərk edirəm. O, keçən əsrin 60-cı illərinin ortalarından 80-ci illərinin axırına qədər dəmir məngənə içərisində yaşayıb.
Allahverdi Qurbanov kimi insanlar bu millətin adsız qəhrəmanları, fədailəridir. Onları xalqa, millətə, xüsusən gənc nəslə tanıtmalıyıq. Bizim nicatımız özünüdərkdən keçir. Beş il Biləsuvar rayonunun Əliabad kəndində müəllim işlədim. Onda Mübariz İbrahimov hələ körpə idi. Heç varlığıından xəbərim yox idi. Atasını, əmilərini halal insanlar kimi yaxından tanıyırdım. Heç kəsin ağlına gəlməzdi ki, Əliabad kəndində sonralar adı bütün türk dünyasında qəhrəmanlığın, bütün erməni dünyasında isə azərbaycanlılığın – türklüyün simvoluna çevriləcək bir vətən övladı böyüməkdədir. O, hansı məktəbi keçdi? Hansı mühitdə yetişdi? Necə oldu ki, qəhrəmana çevrildi? Bu, indi hamını düşündürür. Lakin bizim Allahverdi Qurbanovdan da xəbərimiz yox idi. Biz ümumiyyətlə xəbərsizik ki, Azərbaycan xalqının yaddaşında, qanında bitməyən millət sevdası var. Bu bir sonsuz eşq yoludur. O – tarixin dərinliklərindən gələn milli məktəbidir. A.Qurbanov da, M.İbrahimov da həmin məktəbin yetirmələridir. Onlar bu məktəbi keçib, sonradan onun müəllimlərinə – ustadlarına çevrildilər. Bu məktəbi oxumaq, öyrənmək, tərənnüm etmək, qiymətini vermək və göz bəbəyi kimi qorumaq lazımdır.

Seyfəddin RZASOY
AMEA Folklor İnstitutu
Mifologiya şöbəsinin müdiri,
filologiya elmləri doktoru
Previous Post

BİTMƏYƏN SEVDA YOLU…

Next Post

ABŞ Rusiyanı təhdid etdi

Bənzər yazılar

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

02 İyun 2026 - 16:12

Çexiyanın paytaxtı Praqanın mərkəzində yerləşən Lusern sarayında (Palac Lucerna) 28 May – Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunan konsert keçirilib....

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

02 İyun 2026 - 12:05

Həm neft-qaz sektorunda, həm də bərpa olunan enerji sahəsində artıq asan əldə edilən imkanların böyük hissəsi istifadə olunub. Bu sahələrdə...

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək

16 May 2026 - 00:31

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə 18-24 may...

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub

08 May 2026 - 16:55

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultayın keçiriləcəyi tarix məlum olub. Elchi.az xəbər verir ki, idarə heyətinin bugünkü iclasında qurultayın mayın 26-da...

Next Post

ABŞ Rusiyanı təhdid etdi

ABŞ Rusiyanı təhdid etdi

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.