Birləşmiş Ştatlar Zelenski ilə Si Cinpinq arasındakı söhbəti yüksək qiymətləndirib

89

ABŞ-ın Çindəki səfiri Nikolas Börns Ukrayna prezidenti Vladimir Zelenski ilə Çin prezidenti Si Cinpinq arasında danışıqları yüksək qiymətləndirib. Elchi.az bu barədə Reuters-ə istinadən xəbər verir.

Amerikalı diplomatın sözlərinə görə, iki lider arasında aprelin 26-da Kiyevin təşəbbüsü ilə baş tutan telefon danışığı Çin-Ukrayna münasibətlərinin yaxşılaşdırılması istiqamətində ilk yaxşı addımdır.

Söhbət zamanı Zelenski Kiyevin Pekinə yeni səfirinin təyin olunduğunu, Si Cinpin isə öz nümayəndəsinin ölkədəki münaqişənin sülh yolu ilə həlli üçün dərin məsləhətləşmələr aparmaq üçün Ukraynaya və digər ölkələrə səfərə gələcəyini açıqlayıb.

Havar Şəfiyeva