Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, mayın 20-də keçiriləcək iclasın gündəliyinə 1 məsələ daxildir
MM rəsmisi qeyd edib ki, sabahki iclasda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən 28 May – Respublika günü münasibəti ilə parlamentdə təqdim olunan “Amnistiya aktı haqqında” qanun layihəsi müzakirə olunacaq.
Qeyd edək ki, Amnistiya aktı 10 minə qədər insanı əhatə edəcək. O, cümlədən 3 500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur. Bu, Azərbaycanın birinci xanımının amnistiya aktı ilə bağlı 4-cü müraciətidir.