"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Bircə dəfə “suuus!” deyin…

05 Avqust 2014 - 13:55
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Jalə Mütəllimova

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Bir şəhidin qadını: Mən ölürəm ondan ötrü…1bfa4adeb3f275bf7223394c6b23c8a9

Bir şəhidin atası: Arxayın get, mən bir balanı böyüdənəcən yaşayacam…

Bir şəhidin anası: Dörd balan qaldııııı…..

Bir şəhidin bacısı: Mənə indi dedilər ki,  qardaşın ölüb,  mən elə bilirdim, balamsan mənim…

Bir şəhidin qardaşı: Qaqam, mən tək qaldım….

Helikopter pərlərinin sürətli hərəkəti, tibbi yardım maşınları, yaylım atəşləri, atışma səsləri, yaralı iniltiləri, yardıma tələsən həkimlərin panikası, hay-küyü, evlərə göndərilən meyitlər, ağılar, bayatılar, sosial şəbəkələrdəki “soyuq müharibə ”, içimizdə olan ermənilər, kimlərinsə içimizdəki nökərlərinin sevinci, öz generalını ələ salan, əsgərinə rişğənd edən şou-biznes nümayəndələri, üzü cəbhə bölgələrinə yollanan maşın-maşın çılğın, emosional Azərbaycan gənci, vətəndaşı, İP dərdi çəkən tanışlar, dərdlərə şərik olmaq üçün neçə yerə bölünməyə hazır insanlar, təxirə salınan ziyafətlər, heç nəyini yarıda qoymağı düşünməyən insanlara ittiham və iradlar…Nəhayət, ən dəhşətlisi içimdə özümə bəslədiyim səssiz, amma böyük bir nifrət….

Mən evimdəyəm…

Mən rahatam…

Mən hər səhər işə gedib, axşam evə dönürəm…

Mən naharda yemək sifarişi verə bilirəm…

Mən vəziyyətə görə danışa, gülə, ağlaya, yəni həyatla oynaya bilirəm…

Mən ölən ölünün yiyəsinə “Allah rəhmət eləsin” deyirəm…

Mən toy edənə “mübarəkdir” söyləyirəm….

Bir sözlə, bu kimi zaman öldürən, heç nə qazandırmayan işlərlə məşğulam…

Mən bir əsgərə bircə patronu uzadacaq əl olmuram…

Mən bir əsgərin yarasını sarıyacaq qədər yararlı bilinib ehtiyatdan hospitala  çağırılmıram….

Mən  bir əsgərin alnının tərini lap elə əlimin dalıyla da olsa, silmək imkanından məhrumam…

Mən bir erməniyə bircə güllə atacaq qədər irəlidə deyiləm…

Mən bir gərəkli əsgərin qarşısında sipər olmaq istəyimi reallaşdıra bilmirəm…

Mən, mən, mən sadəcə yararsız olmağın dəhşətini yaşayıram…Çünki sosial şəbəkələrdəki dezinformasiyaları oxumaq, susmaq, gözləməklə məşğulam.

Məsələn oxuyuram ki, Ağdam və Füzuli alındı. Sonunda da gülüş işarələri görürəm… Rişğənd eşidirəm ki, lənət olmuş ermənilər azərbaycanlı generalların Bodrum istirahətini yarıda qoydu.  Xəbərdarlıqla rastlaşıram ki, şəhidlərin ailələri ölülərinin başlarına baxsınlar, ermənilər bizim meyitləri alçaldıb, biri ana söyüşü söyür, biri bacı, biri də  Misirdə çəkilən şəkli paylaşır ki, bəs bura filan rayondakı filan məsciddir, indicə bura 40 meyit gəldi. Uzdəniraq bir reper Allah bilir nəyin təsirindən “əsgər ölmək üçündür” deyir və pis çıxsa da deyəcəm, camaatla “mırt” tutur. Sabah da hamının nəslini düzür sıraya, bir video paylaşır həyasızcasına, çoxları da İP daha çox olsun deyə filan hüquq müdafiəçisinin qızının təhqirini başa çıxarır. Bir dövlətə minnət eləyirlər ki, yanımızda deyil, birinə deyirlər ki, bizi dəstəkləmir, başqa birindən tələb eləyirlər ki, niyə erməninin qulağını burmursan….

Amma daha ciddi mətləblər var. Qarabağ var, onun bəlkə bir, ya bir neçə rayonuna dönə bilmək ehtimalı var. Və bu ehtimallardan ötrü can verən oğullar var. Bəli, vəhşilər balalarımızı əlimizdən alırlar. Amma qanları yerdə qalmır o balaların. Çoxlarınınsa bu qisasları alacaq kişilərin kürəyinə dayaq olmağa gücü çatmır deyəsən… Heç nə bacarmasaq da, sadəcə dayaq olaq. Lap ölsək də, dayaq olaq. Çünki bizə görə şəhidliyi də sevə-sevə qəbullanır o adamlar.  Şəhid olurlar ki, canları, qanları torpağa qarışsın… Torpaq olurlar ki, ayağımızı basmağa yerimiz olsun, yer  ayaqlar altından qaçmasın, yeriyək, gəzək, yaşayaq. Bu millət, bu ölkə, bu vətən olsun deyə gedənlərdir onlar. Amma lütfən bütün bunların fonunda kimsə qarşısında bir stəkan pürrəngi çay, ya da bəlkə pivədən filandan içə-içə ağzını da  Allahın deyə bilmərəm, amma nəyinsə yoluna qoyub, danışmasın.

Bəlkə də deyən olacaq ki, bəs sən bu yazını yazanda neyləyirdin? And olsun Allaha, bir mahnıya qulaq asırdım. Amma vətənpərvərlik ruhunda yazılan bir mahnıya…Yazı masamın yerləşdiyi otaq bayırda 35 dərəcə isti olmasına baxmayaraq, buz kimi sərindir. Bu sərinliyə baxmayaraq, mən nə çay, nə də pivə içirəm. Sadəcə dispenserdən götürülmüş sərin su var qarşımda. Hər dəfə bir qurtum içəndə məni bir az da üşüdür sərin su. Amma təkcə sərin su yox. Həm də o boyda hadisələrin qarşısında baş verənlərdən üşənir adam. Yəni bu mövzuda danışan, yazanlardan bir balaca fərqliydim bu yazını yazana qədər. İndi yəqin dərs keçər, “dahi” deyib lağ eləyən də olar, bilmirəm. Bircə onu bilirəm ki,  o səslər hələ qulağımdadır:

Bir şəhidin qadını: Mən ölürəm ondan ötrü…

Bir şəhidin atası: Arxayın get, mən bir balanı böyüdənəcən yaşayacam…

Bir şəhidin anası: Dörd balan qaldııııı…..

Bir şəhidin bacısı: Mənə indi dedilər ki,  qardaşın ölüb,  mən elə bilirdim, balamsan mənim…

Bir şəhidin qardaşı: Qaqam, mən tək qaldım….

Ən uzaqdan gələn səs şəhid Qaryağdının atasının səsidir: “Qaryağdı heyyy” deyir…

Elə istəyirəm gerisini söyləsin. Desin, “a bala, ay əhlikef, o dağın döşündəki mal-heyvana da göz yetir hərdən”…

Ha diqqət kəsilirəm, olmur. Elə ağı deyir bu kişi: Qaryağdı heyyy…

Eşitmirsiz?!… Əlinizi ağzınıza aparıb, “bircə dəfə suuus” deyin….Adamın lap qulağı batır ki…..

Previous Post

Bircə dəfə “suuus!” deyin…

Next Post

Arif Yunus həbs edildi-Yenilənib

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Arif Yunus həbs edildi-Yenilənib

Rəsul Mirhəşimli AXCP-ni tərk etdi

Son xəbərlər

Madridin şimalındakı meşə yanğını səbəbindən 30 min hektara yaxın ərazi məhv olub

Madridin şimalındakı meşə yanğını səbəbindən 30 min hektara yaxın ərazi məhv olub

21 İyul 2026 - 20:57
Bakıda Musa Əliyev küçəsinin bir hissəsi təmirə bağlanır

Bakıda Musa Əliyev küçəsinin bir hissəsi təmirə bağlanır

21 İyul 2026 - 20:55
Sabah direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

Sabah direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

21 İyul 2026 - 20:53
“Limon turşusu” adlı səhifənin adminləri həbs olunub

“Limon turşusu” adlı səhifənin adminləri həbs olunub

21 İyul 2026 - 20:51
Gəncə və Samuxda baş verən qida zəhərlənməsi araşdırılıb, bakteriyalar aşkarlanıb

Gəncə və Samuxda baş verən qida zəhərlənməsi araşdırılıb, bakteriyalar aşkarlanıb

21 İyul 2026 - 20:49
Tramp: ABŞ İranın nüvə sentrifuqalarının yerləşdiyi məkana zərbə endirəcək

Tramp: ABŞ İranın nüvə sentrifuqalarının yerləşdiyi məkana zərbə endirəcək

21 İyul 2026 - 20:46
Bakıda daha bir küçə təmirə bağlanır

Bakıda daha bir küçə təmirə bağlanır

21 İyul 2026 - 19:24
Ermənistan güləşçiləri Azərbaycana gəlir

Ermənistan güləşçiləri Azərbaycana gəlir

21 İyul 2026 - 19:17
Böyük Britaniya tamamilə rəqəmsal vizalara keçib

Böyük Britaniya tamamilə rəqəmsal vizalara keçib

21 İyul 2026 - 19:02
“Sabah” – “Kups” matçının start heyətləri açıqlandı

“Sabah” – “Kups” matçının start heyətləri açıqlandı

21 İyul 2026 - 18:53
Xəzər rayonunda açıq ərazidə yanğın söndürülüb – VİDEO – YENİLƏNİB

Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb

21 İyul 2026 - 18:45
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib

Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib

21 İyul 2026 - 18:37
Google Portuqaliyanı yeni transatlantik sualtı kabelə qoşdu

Google Portuqaliyanı yeni transatlantik sualtı kabelə qoşdu

21 İyul 2026 - 18:29
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

21 İyul 2026 - 18:24
İsraildə nazir Ben-Qvirə sui-qəsd planlaşdıran şəxs həbs edilib

İsraildə nazir Ben-Qvirə sui-qəsd planlaşdıran şəxs həbs edilib

21 İyul 2026 - 18:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.