Birbaşa toqquşma təhlükəsi yoxdur – Con Kirbi

42

Ağ Ev Kiyevə tankların tədarükü ilə əlaqədar Rusiyanın NATO-ya zərbə endirməsi üçün heç bir ilkin şərt olmadığını bildirib.
Elchi.az xəbər verir ki, Kiyevə Amerikanın “Abrams” tanklarını tədarük etdiyi üçün Rusiyanın NATO-ya zərbə endirməsi üçün heç bir ilkin şərt yoxdur. Bunu jurnalistlərə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Cənab Putinin NATO ərazisinə zərbələr endirməyi planlaşdırdığına dair heç bir əlamət görmürük”, – Kirbi bildirib.

Şayəstə