Fransa Prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Volodimir Zelenski telefonla danışıblar.
Elchi.az bu barədə Trthaber.com-a istinadən bildirir.
Telefon danışığı ilə bağlı Tvitter hesabından açıqlama verən Makron qeyd edib:
“Kaxovka bəndinə hücumdan sonra Zelenskiyə Ukrayna xalqı ilə həmrəy olduğumu dedim. Fransa Ukrayna xalqını təhlükəyə atan bu mənfur hərəkəti pisləyir.
Makron təcili ehtiyaclarını ödəmək üçün Fransanın bir neçə saat ərzində Ukraynaya yardım göndərəcəyini açıqlayıb.
Yeganə