"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Bir neçə dövlət qurumu ləğv edilir – 4 publik hüquqi şəxs yaradılır

19 Aprel 2017 - 15:27
in CƏMİYYƏT
FacebookVatsap

Bir neçə dövlət qurumu ləğv edilir

Bunu da oxuyun

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) sədrinin Qərarı ilə “Azərbaycan Standartlaşdırma İnstitutu”, “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Akkreditasiya Mərkəzi”, “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsləri təsis edilib və Nizamnamələri təsdiq edilib. Təsis edilmiş publik hüquqi şəxslərin Nizamnamələri 17 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının Vergilər Nazirliyində qeydiyyata alınıb.

SMPDK-dan Elchi.az-a verilən məlumata görə, həmçinin komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Dövlət Akkreditasiya Xidməti, Dövlət Metrologiya Xidməti, komitənin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və “Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin” (AzPatent) ləğv edilməsi məqsədilə Ləğvetmə Komissiyaları yaradılıb. Ləğvetmə Komissiyalarına ləğvetmə prosesini qanunvericiliyin tələblərinə uyğun həyata keçirərək iki ay müddətində başa çatdırılması tapşırılıb.

“Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi milli standartlaşdırma qurumu və milli akkreditasiya qurumu kimi beynəlxalq təşkilatlara üzvlük və akkreditasiya nəticələrinin qarşılıqlı tanınması üçün beynəlxalq müqavilələr bağlanmasının təmin edilməsi ilə bağlı Xarici İşlər Nazirliyi birlikdə müvafiq işlərə başlayıb.

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi Azərbaycan Respublikasının milli standartlaşdırma qurumudur və onun əsas fəaliyyət istiqamətləri milli standartların hazırlanmasından, tətbiqindən, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçilikdən, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətlərin həyata keçirilməsindən ibarətdir. İnstitut texniki tənzimləmə, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahəsi üzrə vahid dövlət siyasətinin formalaşdırılması, həyata keçirilməsi və  sahənin inkişafının təmin edilməsi üçün təkliflər verir.

“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini təmin edir, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyasını həyata keçirir, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyası sahəsində beynəlxalq təşkilatlarda təmsilçiliyin həyata keçirilməsini təmin edir.

“Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində fundamental, tətbiqi, elmi, eksperimental işlərin aparılması, bu sahədə elmi-texniki fəaliyyətin aparılması, istiqamətləndirilmiş proqramların yaradılması və tətbiq edilməsi, dövlət büdcəsi vəsaiti hesabına dövlət kəmiyyət vahidi etalonlarının əldə olunması (və yaxud yaradılması) qorunub saxlanılması, tutuşdurulması, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində normativ sənədlərin yaradılması üzrə işlərin aparılması, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının layıhəsində göstərilən ölçmələrə, standart nümunələrə və ölçmə vasitələrinə qoyulan tələblərin metroloji ekspertizasının aparılması işlərini həyata keçirəcək. Həmçinin metrologiya üzrə dövlətlərarası, regional və beynəlxalq elmi-texniki əməkdaşlıqda iştirak etmək, bu təşkilatlarda iş aparmaq və özünü təqdim etmək, regional və beynəlxalq metrologiya təşkilatları çərçivəsində milli etalonların tutuşdurulmasında iştirak etmək, laboratoriyalararası tutuşdurmalarda iştirak etmək, istehsalatın metroloji təminatında, alqı-satqı əməliyyatlarında və digər təsərrüfat sahələrində sahibkarlara elmi-metodiki köməklik göstərilməsi, təsərrüfat subyektləri ilə bağlanmış muqavilə əsasında ölçmə vasitələrinin muqayisəli yoxlanılması və kalibrlənməsinin həyata keçirilməsi və müvafiq sertifikatın verilməsi, ölçmə vasitələrinin verilmiş tipə uyğunluğunun təsdiq edilməsi məqsədilə sınaqların keçirilməsi, ölkəyə idxal olunan ölçmə vasitələrinin tipə uyğunluğun təsdiqinin tanınması məqsədi ilə təqdim olunan sənədlərin metroloji ekspertizasının keçirilməsi, ölçmə vasitələrinin və standart nümunələrin dövlət reyestrinin aparılması, inşaat materiallarının, ərzaq və qeyri-ərzaq məhsullarının radionuklid tərkibinin təyin edilməsi məqsədi ilə spektrometrik analizlərin aparılması, ölçmələrin vəhdətinin təmin edilməsi üzrə məlumat fondunun yaradılması, həmçinin ora daxil olan sənədlərin və məlumatların təqdim edilməsi, milli etalon bazasının təkmilləşdirilməsi və inkişaf etdirilməsi, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsində iştirak etmək İnstitutun fəaliyyət istiqamətlərinə aiddir.

“Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsi qanunvericiliklə müəyyən edilmiş qaydada ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasını, onların qeydiyyatını, reyestrini və müvafiq sahədə qanunvericiliyə uyğun müqavilələrin qeydiyyatını aparır, müvafiq mühafizə sənədləri və şəhadətnamələr verir, qanunvericiliyə uyğun müvafiq məlumatların dərcini həyata keçirir, patent müvəkkillərinin attestasiyasını, qeydiyyatını aparır, ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin hüquqi mühafizəsindən irəli gələn digər məsələləri qanunvericiliyə uyğun olaraq həyata keçirir.

Elchi.az

Previous Post

Bir neçə dövlət qurumu ləğv edilir – 4 publik hüquqi şəxs yaradılır

Next Post

Məşhur otel Ziya Məmmədovdan alınır

Bənzər yazılar

İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00

Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat...

Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38

Paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü saxlanılıb. Elchi.az -ın məlumatına görə, müəyyən edilib ki, axtarışda...

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18

Bu ilin may ayında Azərbaycandakı internet trafikinin 92,14 %-i insanların payına düşüb. Elchi.az -ın "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə,...

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07

İyunun 3-də Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) 34-cü iclası...

Next Post

Məşhur otel Ziya Məmmədovdan alınır

Məşhur otel Ziya Məmmədovdan alınır

Son xəbərlər

Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

04 İyun 2026 - 09:14
SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.