Gürcüstanın Barjomi Bələdiyyəsi ərazisində bir həftədən çoxdur davam edən yanğının ən qaynar nöqtələri söndürülüb. Yanğının strateji obyektlərə və yaşayış məntəqələrinə keçməsinin qarşısı alınıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırda söndürülmüş və lokallaşdırılmış yanğın ocaqları aktiv ocaqların sayından çoxdur.
Daxili İşlər, Müdafiə, Regional İnkişaf və İnfrastruktur, Ekologiya və Kənd Təsərrüfatı nazirliklərinin müvafiq xidmətlərinin əməkdaşları yanğının söndürülməsi prosesində fəal iştirak edirlər.
Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”
ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirilən tədbir zamanı İranla gərginlik barədə açıqlama verib. Jurnalistlərin ABŞ rəsmilərinin İranla münaqişəyə son...





















Son şərhlər