Azərbaycanda son sutkada 3067 nəfər vaksinasiya olunub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah Elchi.az-a verilən məlumatda bildirilib.
Gün ərzində birinci doza vaksinlərin sayı 347, ikinci doza vaksinlərin sayı 587 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 910-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 223 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 701 250, birinci doza peyvəndlərin ümumi sayı 5 345 251, ikinci doza vaksinlərin sayı 4 846 372 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 265 489, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 244 138 olub.