“Bir bina bir provayderindir” prinsipi aradan qaldırıla biləcəkmi ?

52


“Bu gün Antiinhisar Dövlət Xidmətində provayderlərlə görüş keçirilib. Görüşdə çoxmənzilli yaşayış binalarında fəaliyyətlə bağlı provayderlərin qarşılaşdıqları çətinliklər və haqsız rəqabət halları ilə bağlı müzakirələr aparılıb. Bu sahədə ciddi problemlər var”.

Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz FB hesabında qeyd edib:

“Bir müddət öncə MTK-ların bu sahədə özbaşınalıq etməsi, haqsız rəqabət yaratması, aidiyyatı dövlət qurumlarına qarşı sayğısızlığı, bir provayderlə separat sövləşmə aparması və digər provayderləri binaya buraxmaması məsələsi gündəmə gəlmişdi.
Görünür ki, Antiinhisar bu problemi həll etmək qərarına gəlib.
İlk dəfədir ki, Antiinhisar Dövlət Xidmətinin bu məsələ ilə bağlı real addımlarını müşahidə edirik.
Ümid edirəm öhdəsindən gələ biləcəklər”.

Şayəstə