Sabirabad rayonunda 28 günün içərisində dünyasını dəyişən azyaşlı bacı və qardaşın müəmmalı ölüm səbəbi haqqında ekspertizanın nəticələrinin bu gün açıqlanacağı ilə bağlı məlumat yayılmışdı. |
“Ölkə.Az” xəbər verir ki, qafqazinfo nəticələrin necə olduğunu öyrənmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, valideynləri uşaqlar üzərində ekspertiza aparılmasına icazə verməyib: “Ekspertiza olmadığına görə onların dəqiq ölüm səbəbi də məlum deyil. Qeyd edim ki, valideynlər qohumdurlar”.
Xatırladaq ki, Sabirabadın Həşimxanlı kəndində kənd sakini, 3 yaşlı Əlvan Əsədli və onun 5 yaşlı bacısı Səma Əsədli bir ayın içində naməlum səbəbdən qəfildən dünyasını dəyişib.



















Son şərhlər