"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Binəqədidəki “yanan bina işi” “MTN işi”nə birləşdirilir?

12 Noyabr 2015 - 17:35
in XƏBƏR LENTİ
FacebookVatsap
Binəqədidəki “yanan bina işi” “MTN işi”nə birləşdirilir?

Baş Prokurorluq: “MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda istintaq edilən cinayət işinə birləşdirilməsi…”

Bunu da oxuyun

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Bu il mayın 19-da Binəqədi rayonunda 15 nəfərin ölümünə, 56 nəfərin xəsarət almasına gətirib çıxaran yanğın baş verdi. Yanğından dərhal sonra prezident yanında Dövlət Komissiyasının ilk iclasında baş prokuror Zakir Qaralov binanın qəsdən yandırılması fərziyyəsinin istisna olunmadığını açıqladı. 
Qısa bir vaxtda məlum oldu ki, bina poliuretan adlı materialla üzlənib və həmin material tezalışandır. Belə bir vəziyyətdə binanın kibrit kimi yanan materialla kimin və hansı hesabdan üzlətdirməsi sualı ortaya çıxdı. Qəsdən yandırma versiyasının istintaqda araşdırılan versiyalardan biri olduğunu Baş Prokurorluq olayla bağlı sonradan verilən açıqlamalarda da vurğulanıb. Azadlıq.info yazıb ki, bu ilin mayında Azadlıq prospektində 15 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı istintaq yekunlaşıb məhkəməyə göndərilməli olsa da, “MTN işi”nə görə bu məsələ saxlanılıb. Qəzet xatırladır ki, prezident İlham Əliyevin yanğınla bağlı yaratdığı Dövlət Komissiyasının sədri olan Abid Şərifov hələ iyul ayında bildirib ki, istintaq 10 günə yekunlaşacaq. Qəzetin yazdığından belə anlaşılır ki, binadakı “yanğın işi” ilə “MTN işi” eyni icraatda araşdırılacaq.
“Yeni Müsavat” əməkdaşı  məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinə sorğu ilə müracət edib. Xidmət rəhbəri Eldar Sultanovun sorğumuza verdiyi cavab belə olub: “Binəqədi rayonunda çoxmərtəbəli binada ölümlə nəticələnən yanğın hadisəsi üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanmış  cinayət işi üzrə istintaq tədbirləri davam etdirlir. Həmin cinayət işinin Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda istintaq edilən cinayət işinə birləşdirilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır”.
Yada salaq ki, bu günə qədər ictimaiyyətə yanan binaya “ölüm paltarı”nın hansı hesabdan alındığı haqda məlumat verilmir. “Yeni Müsavat” əməkdaşı olaydan bir neçə gün sonra, daha dəqiq – mayın 23-də Maliyyə Nazirliyinə informasiya sorğusu yollayıb. Həmin sorğuda aşağıdakı suallara aydınlıq gətirilməsi istənilib:
1. Binəqədi rayonunda binaların üzlənməsinə dövlət büdcəsindən hər il nə qədər vəsait ayrılıb? 
 
2. Vəsaitin təyinatı üzrə xərclənib-xərclənməməsinin auditi hansı nəticələr verib?
 
3. Ayrılmış vəsaitdən bilavasitə yanmış binanın üzlənməsinə nə qədər vəsait xərclənib?
 
4. Həmin binaya ayrılan vəsaitin təyinatı üzrə xərclənib-xərclənməməsinin auditi həyata keçirilibmi? 
 
5. Keçirilibsə, nəticəsi necə olub? 
Maliyyə Nazirliyinin mətbuat katibi, informasiya azadlığı üzrə məsul şəxs Mais Piriyev müvafiq araşdırmalardan sonra sorğumuza mayın 29-da cavab verəcəklərini bildirmişdi. Aylar ötüb, bina yenidən təmir olunub, sakinlər yanan binadakı mənzillərinə köçüblər, lakin hələ də sorğumuz cavabsızdır…
Qeyd edək ki, yanğından sonra həyata keçirilən istintaq tədbirləri çərçivəsində 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov tutulub. Onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onun həbsi ilə bağlı yayılan ilkin rəsmi məlumatda deyilir ki, Q.Novruzov binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olub, lakin nəzarət etməyib və bu gün də səhlənkarlığının cəzasını çəkir. Bəs həmin o poliuretan üzlüyün binaya vurulmasına kim göstəriş verib? Həmin poliuretan üzlüyün binaya vurulması üçün pulu kim verib?
Hazırda istintaqçılar yanğınla bağlı araşdırmalarını davam etdirirlər. Artıq yanğının hansı səbəbdən baş verməsi haqda rəy də istintaq orqanına təhvil verilib. Binanın təsadüfi qığılcımdan və ya bilərəkdən yandırılması haqda suallara istintaq cavab verməlidir.
Previous Post

Binəqədidəki “yanan bina işi” “MTN işi”nə birləşdirilir?

Next Post

Azərbaycanda yeni növ gürzə tapılıb

Bənzər yazılar

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56

Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün...

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir...

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55

Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Elchi.az  IRIB-yə istinadən xəbər verir ki, buna səbəb "RAF...

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə Elchi.az - a BDU-nun...

Next Post

Azərbaycanda yeni növ gürzə tapılıb

Azərbaycanda yeni növ gürzə tapılıb

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.