Biləsuvarda bir ailənin altı üzvü qəzaya düşüb, ölən və yaralılar var.
Elchi.az xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Ağcabədi rayon sakini Nazim Abbasov idarə etdiyi minik avtomobilini qəfildən yolun kənarına aşırıb. Hadisə nəticəsində avtomobildə olan sürücünün ailə üzvləri – 1975-ci il təvəllüdlü Aynur Abbasova, 1997-ci il təvəllüdlü Ayşən Əbdülhəsənli, 1993-cü il təvəllüdlü Şəhriyar Əbdülhəsənli, 2017-ci il təvəllüdlü Ə.Əbdülhəsənli və 2021-ci il təvəllüdlü T. Əbdülhəsənli müxtəlif bədən xəsarətləri alıb. Onlar rayon xəstəxanasına aparılıb. Sürücü N.Abbasov isə dünyasını dəyişib. İlkin məlumata görə, sürücü hadisədən əvvəl ürəktutmasından vəfat edib.
Məlumata görə, ailə üzvləri Masallı rayonundan istirahətdən qayıdırmışlar.
Faktla bağlı araşdırma aparılır.
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Noyabrın 11-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis tərəfindən təmin olunub. DİN-in Mətbuat...





















Son şərhlər