Bildirilib ki, ABŞ-ın Beyrutdakı səfirliyinin binasına atəş hələ kimliyi müəyyən edilməyən şəxs və ya şəxslər tərəfindən açılıb.
Elchi.az xəbər verir ki, Livan mətbuatında yer alan xəbərə görə, paytaxtın şimalında yerləşən Beyrutdakı ABŞ səfirliyinin binasına silahlı hücum edilib.
Çöldən açılan atəş nəticəsində bəzi güllələr binanın əsas qapısına və qarşısındakı dayanacaqda olan avtomobillərə dəyib.
Hücumun hansı silah növündən istifadə edildiyi, ölən və ya yaralananların olub-olmaması barədə ətraflı məlumat verilməyib.
Səfirlik hələlik hücumla bağlı açıqlama verməyib.
Hadisənin 1984-cü il sentyabrın 20-də ABŞ səfirliyinin binasına bomba yüklü maşınla hücumun 39-cu ildönümünə təsadüf etməsi diqqət çəkib.
Nuranə Məmmədova