"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Beynəlxalq Bankın milyardlarla dollar kreditini qaytarmayan kimlərdir?

12 May 2017 - 16:08
in İQTİSADİYYAT
FacebookVatsap

Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici borcunun müəyyən hissəsinin Azərbaycan Respublikasının suveren öhdəliklərinə daxil edilməsi yolu ilə bankın sağlamlaşdırılmasının növbəti mərhələsinə başlanılıb.

Bunu da oxuyun

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır

Avrozonada inflyasiya sentyabrda 3,8%-ə çatıb

Diqqəti cəlb edən Beynəlxalq Bankın dövlət və xarici kreditorlardan valyutada cəlb olunmuş öhdəliklərinin bir hissəsinin Azərbaycan Respublikasının suveren öhdəliklərinə daxil edilməsidir. Bu məqsədlə kreditorların xeyrinə xarici valyutada dövlət istiqrazlarının verilməsi nəzərdə tutulur.

İqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, Beynəlxalq Bankın sağlamlaşdırılmasına dövlət milyardlarla manat xərcləyirsə, proses çox şəffaf keçməlidir:

“Problemli aktivlərin alınması ilə bağlı ən xırda detallar, bütün informasiyalar dövri (həm də operativ) hesabatlar vasitəsilə açıqlanmalıdır. Məsələn, bir neçə sual var ki, onun cavabını indiyədək yayılan məlumatlarda görə bilmədim. Belə ki, 1 yanvar 2016-ci il tarixə (2 ardıcıl devalvasiyadan və aktivlərin yenidən qiymətləndirməsindən sonra) bankın problemli aktivkərinin dəqiq məbləği nə qədər olub? Ümumilikdə indiyədək “Aqrarkredit”ə ötürülən 10 milyard manat, yoxsa daha çox? Hətta 10 milyard manatdırsa, bu fəlakətli bir məbləğdir. Çünki bu məbləğ Bankın 1 yanvar 2016-cı il tarixli aktivlərinin təxminən 70 faizi deməkdir. Halbuki 1981-2001-ci illərdə dünyada bank böhranları ilə üzləşən 11 ölkənin təcrübəsi göstərir ki, hökumətin sağlamlaşdırdığı banklar üzrə problemli aktivlərin ümumi bank aktivlərinə nisbəti orta hesabla 35 faizdən çox olmayıb. Məlum olduğu kimi, problemli aktivlərə ödəmə qabiliyyətli olmayan müştərilərə verilmiş, vaxtı keçmiş, əsas və faizlər üzrə ödənməyən borclar, şirkətlərin kapitalına investisiya edilmiş, sonradan həmin şirkətlərin iflası ilə bağlı tam (və ya qismən) dəyərsizləşmiş aktivlər və s. daxildir. Burda növbəti sual yaranır: Beynəlxalq Bankın problemli aktivləri yalnız qaytarılmayan kreditlərlə bağlıdır, yoxsa problemə çevrilən başqa aktivlər də var? Bu informasiyanı tam olaraq hansısa mənbədə görmək mümkündürmü?

Məlumat üçün deyim ki, 2015-ci il 1 yanvar tarixinə Beynəlxalq Bankın bütün aktivlərinin 86 faizini və ya 7.9 milyard manatı müştərilərə kreditlər təşkil edib. Nəzərə alsaq ki, hökumət Bankın bütün problemlərinin məhz 2014-cü ilin sonunadək yarandığını söyləyir, həmin məlumatdan belə nəticə çıxarmaq olur ki, problemli aktivlər əsasən qaytarılmayan kreditlərlə bağlıdır”.

Dövlətə məxsus olan nəhəng borcları qaytarmayan əsasən kimlərdir – fiziki, yoxsa hüquqi şəxslər?

Ekspert qeyd edib ki, Bankın hesabatından belə aydın olur ki, 1 yanvar 2015-ci il tarixə kreditlərin təxminən 1 milyard manatı və ya 14 faizi fiziki şəxslərlə bağlı olub:

“Yerdə qalan 7 milyard manata yaxın kredit (bütün kreditlərin 86 faizi) korporativ müştərilər olub. Korporativ müştərilərə verilən kreditləri tam yarısı – təxminən 3.5 milyard manatı isə 30 şirkətə verilib. Göründüyü kimi, kreditlərin konsentarsiyası həddən artıq yüksək olub. İndi bu sualın da cavabı aydın deyil: problemli kreditlərin yaranmasında böyük həcmli kreditlərin rolu nə qədərdir? Hər halda dövlət bankından söhbət gedirsə, borc öhdəliyini yerinə yetirə bilməyən bütün subyektlərin adı və öhdəliyinin həcmi ictimailəşdirilməlidir”.

Problemli aktivlərin arxasında olan təminatın yenidən qiymətləndirməsinin nəticələri nə göstərir və hazırda onların real bazar dəyəri problemli aktivlərin hansı hissəsini qarşılamağa yetir?

Rövşən Ağayev vurğulayıb ki, Beynəlxalq Bankın 2014-cü il üzrə hesabatına görə, korporativ müştərilərə verilən kreditlərin cəmi 796 milyon manatı təminatsız olub:

“3.5 milyard manat kredit üçün daşınmaz əmlak, 2.1 milyard manat üçün daşınar əmlak əsasında zəmanət verilib. Böhran nəticəsində bu əmlaklar ucuzlaşa bilər, amma gerçək əmlak olublarsa, hər halda onların dəyərinin hansısas hissəsi yerində olmalıdır. İndiyə qədər bu əmlakların satışı hesabına problemli aktivlərin hansısa hissəsi geri qayıdıbmı? Əlavə olaraq 1 milyard manatdan artıq kreditə korporativ zəmanət olub. Bu zəmanətlərin arxasında fors-major şəraitlərdə borc götürənə zamin duran 3-cü bir şirkətin real dəyəri olan aktivləri dayanıb. Bəs zamin duran bu şirkətlər hansılardır, onların aktivlərinin zamin durduqları borclar üçün qiymətləndirsilməsi aparılıbmı?

Statistikadan belə çıxır ki, müəssisə və şirkətlərə verilən borcların 80 faizə qədərinin arxasında real təminat olub. Amma niyə bu təminatların Bankın problemli aktivlərinin bərpasına cəlb edilməməsi aydın olmur”.

Problemli aktivlər daha çox hansı sektora verilən kreditlərlə bağlı olub? Hökumət Beynəlxalq Bankın əvəzindən nə qədər borc qaytaracaq?

Mütəxəssisin sözlərinə əsasən, 2014-cü ilin yekunlarına görə, şirkət və müəssisələr verilən kreditlərinin 3.4 milyard manatı inşaat və daşınmaz əmlak, 1.9 milyard manatı ticarət və xidmət, 1.8 milyard manatını isə istehsalla bağlı kreditlər təşkil edib:

“2015-ci ilin yekunlarına görə, Bankın 25-dək xarici banka və beynəlxalq maliyyə institutlarından cəlb etdiyi kreditlərin həcmi 1.1 milyard dollara yaxın olub. Əlavə olaraq, 500 milyon dollar dəyərində avroistiqraz buraxılışını da nəzərə alsaq, Beynəlxalq Bankın hökumətə ötürülən xarici borclarının məbləğinin 1.6 milyard dollardan az olmadığı üzə çıxır. Bir məqamı da deyim: rəsmilər tez-tez vurğulayır ki, bu cür sağlamlaşdırma dünyada bir çox ölkələrdə olub. Doğrudur olub, amma 2 mühüm fərqlə: 1) Bəzi təcrübələrdə hökumət özəl bankların problemli aktivlərini alıb, amma böhrandan çıxandan və banklar özünə gələndən sonra dövlətdən həmin aktivlərin hamısını və ya bir hissəsini geri qalmaq şərtilə. Bizim nümunədə dövlət bankından söhbət gedir, ona görə hökumətin büdcədən xərclədiyi pullar geri qayıtmayacaq; 2) Hətta hökumətin geri qayıtmayan dəstəyi şəratində hökumət prosesi tam şəffaf aparıb, cəmiyyətə gərəyindən artıq informasiya verib. Ən əsası sağlamlaşdırmadan sonra bankın normal ayaqda qalacağı üçün dəqiq hesablamalı olub. Əminlik olub ki, iqtisadiyyatın imkanları bu bankın puldan pul qazanmasına təminat verəcək. Obyektiv təhlillər göstərir ki, neftin qiymətinin yüksəlməyəcəyi təqdirdə indiki idarəetmə ilə Azərbaycanda iqtisadi fəallığın yaxın illərdə bərpa olunacağı real görünmür. Həmçinin, bank sektorunda oliqarxiya kapitalının xeyrinə yüksək təmərküzələşmənin mövcudluğu Beynəlxalq Bankı xarici kapital üçün nə dərəcədə cəlbedici ola bilər? Cəlbedici olsa belə, hökumətin az qala 10 milyard dollar xərcləyərək sağlamlaşdırdığı banka xarici sərmayədar nə qədər ödəyər? Ən azı bu sualların cavabı hökumətdə varsa, cəmiyyətə açıqlamaq çox önəmlidir”.

Elchi.az

Mənbə: cebhe.info
Previous Post

Beynəlxalq Bankın milyardlarla dollar kreditini qaytarmayan kimlərdir?

Next Post

Azərbaycanda baş redaktor həbs edildi

Bənzər yazılar

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

02 Oktyabr 2026 - 19:07

Dünya Bankı M3 magistral avtomobil yolunun Biləsuvar–Astara hissəsinin yenidən qurulması layihəsinə kredit və texniki yardım göstərə bilər. Elchi.az xəbər verir ki,...

Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır

Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır

02 Oktyabr 2026 - 17:59

Azərbaycanda biznes subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsi üçün yeni kredit zəmanəti və kapital maliyyələşdirilməsi mexanizmləri hazırlanır. Elchi.az xəbər verir ki,...

Avrozonada inflyasiya sentyabrda 3,8%-ə çatıb

Avrozonada inflyasiya sentyabrda 3,8%-ə çatıb

02 Oktyabr 2026 - 15:08

Avrozonada illik inflyasiya sentyabr ayında 3,8%-ə çatıb ki, bu da avqust ayı ilə müqayisədə 0,6 faiz bəndi çoxdur. Elchi.az xəbər...

Azərbaycanda pul bazası 15%-dən çox artıb

Azərbaycanda pul bazası 15%-dən çox artıb

02 Oktyabr 2026 - 12:20

Azərbaycanda pul bazasının həcmi oktyabrın 1-ə 24 milyard 817.9 milyon manat təşkil edib. Elchi.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən...

Next Post

Azərbaycanda baş redaktor həbs edildi

Azərbaycanda baş redaktor həbs edildi

Son xəbərlər

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub

02 Oktyabr 2026 - 22:57
Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

Kubanıçbek Ömüralıyev: Bu gün TDT-nin beynəlxalq mövcudluğu daha nəzərəçarpandır

02 Oktyabr 2026 - 22:55
Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

Türkiyədə silahlı insident olub, iki nəfər ölüb

02 Oktyabr 2026 - 22:51
Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18
“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

02 Oktyabr 2026 - 22:16
Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.