Fələstin tərəfdarı nümayişlər və yəhudi institutlarına hücumlar Almaniyada antisemitizm problemini vurğulayır, – deyə Berlin meri Kai Vegner bildirib. Elchi.az bu barədə O, “Die Berliner Zeitung” qəzetinə istinadən xəbər verir.
“Almaniyada yaşayan hər kəs bilməlidir ki, biz açıq və multikultural cəmiyyətik. “Burada nifrət, antisemitizm və anti-İsrail təhrikinin yeri yoxdur” – deyən Vegner, Almaniya hökumətinin antisemit əhval-ruhiyyənin artmasına səbəb olan miqrant inteqrasiya siyasətindən şikayətlənib.
Bundan əvvəl Almaniyanın İqtisadiyyat naziri Robert Habek Avropada antisemitizmin yeni dalğasını qorxulu adlandırıb.
Bundan əvvəl Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri Nensi Feser Almaniyada antisemitlərin Almaniya vətəndaşlığından məhrum ediləcəyini bildirmişdi. Almaniya parlamentində gözlənilən qanun, antisemit hərəkətlər edən insanlara heç vaxt Almaniya vətəndaşlığı verilməyəcəyini ifadə edəcək.
Havar Şəfiyeva