Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Kiyevə silah tədarükü barədə ehtiyatla danışmaq lazımdır. Onun sözlərinə görə, indi döyüş təyyarələrinin Ukraynaya mümkün transferi məsələsi gündəmdə deyil.
Elchi.az xəbər verir ki, Berbok bu barədə Almaniyanın “Tagesspiegel” nəşrinə verdiyi müsahibədə deyib.
“Ukraynaya döyüş təyyarələrinin tədarükü apardığımız müzakirə mövzusu deyil. Silah təchizatı ilə bağlı əvvəllər qəbul edilmiş qərarları tez bir zamanda həyata keçirmək lazımdır. Berlin çətin qərarlar qəbul etməli və öz hərəkətlərini diqqətlə düşünməlidir, çünki söhbət “oyuncaqlar”dan getmir”.
Xatırladaq ki, bundan əvvəl İtaliya xarici işlər nazirinin müavini Edmondo Çirielli bildirmişdi ki, Kiyev müdafiə məqsədləri üçün istifadə edərsə, Roma Britaniya qırıcılarının Ukraynaya verilməsinə etiraz etməyəcək.
Yeganə